Kişi yaşadığı yerdə deyil, sevdiyi yerdədir

Kişilər şərab kimidir. İllər kecdikcə yaxşıları ozunu tutar, pisləri isə xarab olar.İki kişinin ən ortaq nöqtəsi qadınlar haqda sahib olduqları biliklərdir. (Onore de Balzak)

Kişi yaşadığı yerdə deyil, sevdiyi yerdədir. (Latın atalar sözü)

Heç vaxt küçədə keçəl və kök bir qadınla gəzən kişi görə bilməzsiniz. (Eleyn Busler)

Ən dərində yerləşən xəzinələr belə, bir qadının sevgisinə tutulmuş bir kişinin hiss etdiyi duyğu qədər dəyərli deyil. (Tomas Midlton)

Kişi sevdiyi işdə işləyirsə, nadir hallarda işinə görə sağlamlığı pozular. (Onore de Balzak)

Dağlar yaxınlaşdıqca daha nəhəng görsənirlər, amma nəhəng kişilər bu cəhətdən dağlara oxşamırlar.(Leydi Blessinqton)

Kişinin evi kənardan qala kimi görünsə də, içəridən daha çox uşaq otağına oxşayır. (Klar But Luc)

Kişilər qəlbləri ilə deyil, fikirləri ilə yaşayırlar. (A. Çexov) 

Kişilər yatdıqları hər qadını sevməzlər, sevdikləri qadınlarla yatmazlar. (Diderot)

Qızıl odla, qadın qızılla, kişi də qadınla əriyər. (Pifaqor)

Subay kişilər qadınlar haqda evli kişilərdən daha çox şey bilirlər. Əgər bilməsəydilər, onlar da evlənərdilər. (H.L.Menken) 

Kişinin “kişinin yaxşısı” anlayışı ilə bir qadının “kişinin yaxşısı” anlayışı eyni şey deyil. (Ortega Y. Qasset)


Ardı →