Rəşid Behbudov

  • Musiqi
Rəşid Məcid oğlu Behbudov 1915-ci ildə Tiflis şəhərində dünyaya göz açmışdır. Onun atası, əslən Şuşalı olan Məcid Behbudov Azərbaycan xalq mahnılarının mahir bilicisi və ifaçısı kimi tanınmışdır. Orta məktəbi Tiflisdə bitirdikdən sonra Rəşid elə buradaca 1930-cu ildə ifaçılıq fəaliyyətinə başlamışdır.
1938-ci ildə Rəşid Behbudov Yerevan filarmoniyasının rəhbərliyindən dəvət alır. O zaman bir çox Azərbaycan sənətçiləri bu şəhərdə yaşamış və işləmişdir. Onların yaratdıqları həmin əsərlərin bir çoxunu indi ermənilər öz adlarına çıxırlar.
Rəşid Behbudov 1938-ci ildən Yerevan filarmoniyasının solisti olmuş, həmçinin, Ermənistan Dövlət Opera və Balet Teatrında çıxış etmişdir. Çoxlu sayda azərbaycanlının yaşadığı Yerevanda onun hər konserti alqışlarla qarşılanırdı. Bununla belə, gənc müğənni erməni mədəniyyət xadimlərinin qısqanclığı ilə üzləşirdi. Burada Azərbaycanlı sənətçinin inkişafı üçün şəraitin olmadığını görən müğənni Bakıya köçür. Azərbaycan Dövlət Filarmoniyasının solisti Rəşid Behbudov gərgin əməyi sayəsində 1946-cı ildə SSRİ Dövlət mükafatı laureatı olur. O, həmçinin, M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti kimi də çıxış etməyə başlayır. Rəşid Behbudovun bir müğənni kimi təkcə Azərbaycanda deyil, ondan kənarlarda da tanınması məhz bu teatr və filarmoniyanın adı ilə bağlı olmuşdur.

Davamı →