Silva Koşina

 Bu italyan kinodivası haqda çox danışmaq olar. Silva Koşina 60-70-ci illərin ən seksual aktrisası hesab olunurdu. Onun filmoqrafiyası 125 filmdən ibarətdir. Silva Koşina italyan əsilli olsa da, SSRİ ərazisində dünyaya göz açıb. 1994-cü ildə vəfatından sonra aktrisa unudulmağa başladı. Yeni gənc nəsil demək olar ki, bu aktrisanı tanımır. Amma Silvanın bir dəfə də olsa, ifa etdiyi hansısa rolunu görən olubsa, bu aktrisanı heç vaxt unuda bilməz. Hətta əgər Silva bu filmdə köməkçi obrazı canlandırıbsa da… Silvanın İtaliya ərazisindəki qazandığı şöhrət çox böyük idi. Hətta bəzən deyirlər ki, İtaliya aristokrat, eleqant qadın obrazlarının çoxunu onun simasında, onun ifası ilə görüb. Silva 1933-cü ildə Xorvatiyanın Zaqreb ərazisində doğulub. İkinci Dünya müharibəsi ərəfəsində Silva İtaliyaya – italyan kişi ilə evli olan bacısının yanına gəlir və ömrünün sonunacan burda yaşayır. Cazibədar, uzunboylu Silva idmanla professional şəkildə məşğul olur. 1954-cü ildə İtaliyanın velosiped turu müsabiqəsində birinci yerə çıxır. Silvanın gözəlliyi onu model biznesi ilə maraqlanmağa məcbur edir. Çox keçmir ki, o, özünü model kimi sınayır. Modellikdən sonra isə o, kinematoqrafiyaya qədəm qoyur.

1955-ci ildə Silva “Biz kişiyik, yoxsa kapral?” kinokomediyasında ilk kiçik rolunu alır. 1956-cı ildə isə bəxt onun üzünə gülür və Petro Cerminin “Maşinist” filmində rol ifa edir.


Ardı →