Kompüter və televizorun uşaqlara faydası və ziyanları

Müasir dövrdə texnologiyanın sürətlə inkişaf etməsi nəticəsində günün tələblərinə uyğun olaraq kompüter və televizor həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin adını çəkdiyimiz cihazlardan istifadə nə qədər zəruri olsa da, hamımıza məlumdur ki, sağlamlıq hər şeydən vacibdir. Kompüter və televizordan ən çox istifadəyə meyilli olanlar isə uşaqlardır. Uşaqların saatlarla televizor və ya kompüterə bağlı qalmaları onların sosial mühitlə əlaqələrini zəiflədir, bu kimi cihazlardan asılı vəziyyətə salır. Bu asılılıq yetkinlik yaşındakı uşaqlarda  özünə qapılma, məktəb yoldaşları və ətrafına qarşı aqressiv davranışlara və digər xoşagəlməz hallara gətirib çıxarır. Buna görə də istər kompüterdən, istərsə də televizordan istifadə müəyyən çərçivədə olmalıdır. Bəs görəsən, mütəxəssislər bu haqda nə fikirləşirlər?

Davamı →