Həyat yoldaşının ölümündən sonra səhnədən imtina edən sənətkar

Tükəzban İsmayılova, oxuduğu klassik Azərbaycan muğamları və xalq mahnıları ilə ifaçılıq sənəti tariximizə həmişəlik daxil olub. Tükəzban İsmayılova Azərbaycan xanəndəlik sənətinə layiqli töhfələr vermiş,  ifa etdiyi muğam və mahnılarla milli musiqi xəzinəmizi zənginləşdirmişdir. Gözəl səsə malik müğənni vokal sənətinin müxtəlif vasitələrindən məharətlə istifadə etmək bacarığı sayəsində musiqisevərlərin rəğbətini qazanmışdı. Tükəzban İsmayılova mədəniyyətimizdə öz dəst-xətti ilə seçilən sənətkar olub. Bir çox mahnı və təsnif məhz onun təkrarsız ifası ilə geniş yayılıb.
Davamı →