Kreyser sonatası

Hal-hazırda, mən, bu yazını yazarkən, dünyaca məşhur bəstəkar Bethovenin “Kreyser sonatası”na qulaq asıram. Yox, yazım, bu gözəl musiqi barədə deyil. Bu sətirlər musiqinin təsiri ilə yox, birbaşa dahi yazıçı Lev Tolstoyun “Kreyser sonatası” povestinin ədəbi qüvvəsinin ortaya çıxardığı məhsuldan ilhamlanır.

Elə musiqilər var ki onları dinləyərkən içimə sevinc dolur. Musiqinin müdhiş dalğası qulaqlarımdan yayılaraq, ruhuma xoş bir istilik gətirir. Belə istilik adətən, hədsiz xoşbəxt olarkən meydana çıxır. Musiqini çox sevdiyimə görə bu nüansı vurğulamalı idim. Bax, eləcə də, Tolstoyun “Kreyser sonatası” povesti də mənə olduqca gözəl, həzin musiqi şəkilində təsir edərək, ədəbi həzz duymağıma gətirib, çıxardı.

Povestin adı Lüdviq Bethovenin skripka və fortopiano üçün yazdığı və Rudolf Kreyserə həsr etdiyi Sonata N9-dan götürülüb.
Davamı →