Mədəniyyətin XX əsrin ikinci yarısında inkişafı

XX əsrin ikinci yarısında bəşəriyyət böyük elmi- texniki inkişafa nail oldu. Atom enerjisinin kəşf edilməsi, kosmosun fəth olunması, yeni texnologiyaların (kompüter, robot, peyk əlaqəsi və s.) meydana gəlməsi mədəniyyətin forma və məzmununda dəyişikliklərə uğraması ilə nəticələndi. Bu dəyişikliklərin müsbət və mənfi nəticələri yarandı.

dünya sivilizasiyasi


Davamı →

Qərbi Avropa xalqlarının mədəniyyəti

Mədəniyyətin inkişafının səbəbləri. Təbiətə, insana, antik mədəniyyətə maraq. İtaliyada intibah dövründə Florensiya, Roma, Venesiya və Milan ölkənin başlıca şəhərləri idi. Florensiya ticarət yolları üzərində yerləşirdi. Burada çoxlu manufakturalar, banklar, ticarət mərkəzləri və varlı adamlar var idi. Onlar yaradıcı adamlardan heç nə əsirgəmirdilər. Florensiya iqtisadi qüdrətinə görə yeni mədəniyyətin — intibah mədəniyyətinin mərkəzinə çevrilmişdi. İlk kapitalist müəssisəsi olan manufaktura XIV əsrdə İtaliya şəhərlərində yaranmışdı. Manufakturanın yaranması ilə burjuaziya meydana gəlmişdi. Avropada intibah mədəniyyətinin İtaliyada meydana gəlməsinin əsas səbəbi burada burjuaziyanın daha tez yaranması olmuşdur.


Ardı →

Avropada maarifçilik dövrü mədəniyyəti

Tarixin müxtəlif dövrlərində iqtisadi inkişaf kimi mədəniyyət və incəsənətin də səviyyəsi rəngarəng və ziddiyyətli olub. Mədəniyyətin inkişaf səviyyəsi hər bir ictimai-iqtisadi formasiyanın tələbinə uyğun olsa da, eyni formasiyanın müxtəlif inkişaf mərhələlərində mədəniyyət və incəsənətin səviyyəsi müxtəlif olurdu. Hər bir ölkənin, eyni mənşəli xalqların iqtisadi və mədəni inkişafının xüsusilə seçilən, fərqlənən dövrləri olmuşdur. Bu baxımdan, XVII əsrin sonu — XVIII əsr Avropa mədəniyyətinin inkişafına nəzər salmaq maraqlıdır.

Kapitalizmin inkişafı, burjua münasibətlərinin formalaşması cəmiyyətin sosial — siyasi mahiyyətini anlamağa çalışan və təhlil edən Avropa materialistlərinin, həmçinin humanist pedaqoqların fəaliyyətinə də təsir etdi. Dövrün içtimai-siyasi hadisələrindəki dəyişikliklər özünü mədəniyyətin inkişaf axarında da göstərdi. XVIII əsrdə müasir Avropa millətlərinin formalaşması prosesi başa çatır.


Ardı →

Klassisizm

Yeni dövrdə bədii mədəniyyətin inkişafı və rasionalizm fəlsəfəsi təliminin yaranması klassisizm cərəyanının təşəkkülünün əsas səbəbi oldu. Bu təlimin banilərindən biri olan Rene Dekart insan ağlına yüksək qiymət verərək onu yeganə idrak vasitəsi hesab edir. «Düşünürəmsə, demək varam» deyən filosof düşünmək qabiliyyəti vasitəsilə insanın ucaldığını söyləyirdi. Məhz bu təsəvvürlər incəsənətdə yeni üslubun – klassisizmin formalaşmasına gətirib çəxardı. Üslub sistemi baxımından klassisizm barokkoya nisbətən daha bitkin, zərif, mükəmməl və ciddidir.

Latınca «klassisus» — nümunəvi sözündən olan klassisizm doğrudan da klassikaya əsaslanaraq bədii və mənəvi ideala çevrilən mükəmməl sənət əsərləri yaradır. Bu üslubun yaradıcıları hesab edirdi ki, obyektiv olaraq mövcud olan gözəllik qanunları da ağılın köməyilə dərk edilir, incəsənətin məqsədi – insanın və dünyanın məhz bu qanunlar üzrə dəyişdirilməsi, idealın real məkanda həyata keçirilməsidir.


Ardı →

İntibah (Renessans)

«İntibah» — adlandırılan dövrü «Renessans» kimi də qeyd etmək məntiqə müvafiqdir. Fransızca eyni mənanı bildirən bu anlayışın beşiyi tarixən İtaliya olmuşdur. İntibah incəsənəti humanizm prinsipləri əsasında (latın sözü olan humanus – «insani» deməkdir) təşəkkül tapmışdır. Bu ideyalar XIV əsrdə təşəkkül taparaq XVXVI əsrin II yarısı ərzində digər Avropa ölkələrində vüsət tapdı. Humanistlər hesab edirdilər ki, hər bir kəs şəxsiyyət kimi inkişaf etmək azadlığına malikdir. Bu inkişafı isə o, öz qabiliyyətləri hesabına aparır. Daha çox incəsənətdə parlaq və tam təcəssüm tapan humanizm ideyalarının əsas mövzusu mənəvi və yaradıcı imkanları ilə zəngin olan harmonik inkişaf etmiş insan obrazı idi.

Renessans sənətkarlarının universallığı onların memarlıq, heykəltəraşlıq, rəngkarlıqla məşğul olması, öz sənətlərini təkmilləşdirmək üçün ədəbiyyat, poeziya, fəlsəfə, habelə dəqiq elmlərin öyrənilməsi ilə əlaqədardır. İntibah incəsənətində dünya və insan haqqında biliklərin elmi və bədii qovuşuğu başlıca əlamət kimi özünü göstərirdi.


Ardı →

Hindistan mədəniyyəti

Dünyanın ən qədim ölkələrindən biri olan Hindistan ən qədim sivilizasiyaların önündə gedərək zəngin tarixi-mədəni irsə malikdir. Qədim sivilizasiya ərzində əldə etdiyi zəngin mədəni irs ərəb və iran xalqlarına, sonra isə Avropaya əhəmiyyətli şəkildə təsir göstərib. Qədim hind alimlərinin dünya elmində çox böyük bəşəri əhəmiyyət kəsb edən kəşf və nailiyyətləri olmuşdur. «Sıfır» anlayışı və 10-luq say sisteminin müəllifi hesab olunan hind alimləri çox da böyük olmayan xətalarla Yerin Ay və Günəşlə olan məsafəsini, Yerin radiusunu və digər astronomik, elmi kəşflər etmişlər. Artıq hind sivilizasiyası dövründə (b.e.ə. III minillikdə) onlar şəhərlərin planlaşdırılması, monumental tikililərin qurulmasında uğurlar əldə etmiş, uzunluq ölçüsü və çəki sistemindən istifadə etmişlər.
Hindistanda ilk dövlətlərin təşəkkülü, formalaşması bir sıra imperiyaların – Mauri, Quptların hökmranlığı zamanı bəşəriyyət tarixində sivilizasiyanın inkişafı ilə müşahidə edilirdi.


Ardı →

İlk sivilizasiyaların meydana gəlməsi və formalaşması

1.İlk sivilizasiyalarının meydana gəlməsi və formalaşması
2.İbtidai-icma quruluşu dövrünün mədəniyyət abidələri
3.İlk sinfi cəmiyyətinin mədəniyyəti və onun xüsusiyyətləri
4.Dəclə və Fərat çaylarının hövzələri arasında yaranmış Şərqin qədim mədəniyyəti


İlk sivilizasiyaların (mədəniyyətin) yaranmasının rüşeymləri ibtidai-icma quruluşu dövrünə aiddir. Birgə əmək fəaliyyəti, ümumi məskən, ümumi od – bütün bunlar təbii onların birləşməsinə əsas olmuşdu. Sosial əlaqələrin möhkəmlənməsi, təbiət ilə mübarizədə insanların birləşməsi zəruriəti yararmışdı. Qədim insan bu dördə özünün və uşaqlarının maraqları barəsində düşünürdü, hətta bütün icmanın istəyini nəzərə alırdı. Çox güman, məhz bu dövrdə (daş dövrü) ictimai həyatın yeni mərhələsinə keçid başlanmışdı. İlk qədim qəbilə ictimai həyat formasına keçid başlanmışdı, madərşahlıq qəbilə icma quruluşu, yəni, qohumluq əlaqələrinin yaranması, monoqam (təknigahlıq) ailə yaranmasına başlanmışdı. İbtiadi insan şüurunun inkişafı bilavasitə onun əmək fəaliyyəti ilə bağlı olmuş, onun gündəlik əmək praktikasına çevrilərək onu əhatə edən təbiəti düzgün dərk etmək imkanı yaratmışdı.


Ardı →

Maçu Pikçu

Maçu–Pikçu «Qocaman Dağ» mənasını ifadə edir. Bəzən «inklərin itirilmiş şəhəri» də adlandırılır. Qədim şəhərçik yer üzündən silinmiş qədim inka xalqının rəmzi hesab olunur. Dəniz səviyyəsindən 2,430 metr yüksəklikdə yerləşir. Şəhər mərkəzi And platosundan başlayaraq Amazon meşələrinin Urubamba çayına qədər uzanmaqdadır.

Bu şəhər dağlarda müqəddəs məkan kimi hazırlanmışdır, inklərin rəhbəri Paçakutek tərəfindən imperiyanın zəbt olunmasının 100 illik yubuleyinə həsr edilmişdir. Şəhərçik 1450-ci illər ətrafında son inka imperatoru Paçakutek tərəfindən salınmış və 100 il bundan sonra bu ölkəni fəth etmiş İspan konkiskodorlarından gizli saxlanılırmış. Təxminən 1532–ci ilədək mövcud olmuşdur, hansı ki bu dövrlər ərzində ispanlar inklərin ərazisinə zorla daxil olmağa başlamışdır. Nəticədə 1532–ci ildə həmin ərazinin sakinləri yox olmuşdur. Bəzi mənbələrə görə İnkalar tərəfindən çiçək xəstəliyi epidemiyası səbəbilə ərazi tərk edilmişdir.


Ardı →

Kulturologiya elmi və onun tarixi kökləri

Kulturologiya (lat. cultura, yun ) — ümumbəşəri və milli mədəni proseslərin obyektiv qanunauyğunluqlarını, insanların maddi və mənəvi həyatının mühüm hadisələrini özündə ehtiva edən elmdir. Bu elm insanların maddi maraq və tələbatlarının yaranıb formalaşdığı ilkin şərtləri və amilləri öyrənir, mədəni dəyərlərin artırılması və gələcək nəsillərə ötürülməsini həyata keçirir.
Ardı →