Letargiya yuxusu

Ölümü xatırladan bu yuxu elə bir vəziyyətdir ki, orqanzmin həyati prosesləri az qala tamamilə dayanır. Letargik yuxunun qurbanları bir qayda olaraq isterik və əsəbi adamlar olurlar. Alimlərin fikrincə, hər bir adam letargiya yuxusuna gedə bilər. Allah eləməsin ki, həmin vaxt həkimlər səhvə yol versinlər. Letargiya yuxusu tibb elminin yetərincə aydınlıq gətirə bilmədiyi xəstəliklər sırasına daxildir.
Letargiya yuxusunun müddəti bir neçə saatdan bir neçə ilə qədər uzana bilər. İnsanlar çoxlu qan itirmədən, dəm qazından boğulmadan, isterik hallara düçar olmadan letargiya yuxusuna gedə bilərlər. Alimlərin fikrincə, stresslərdən uzaq olmaq insanlarda letargiya yuxusuna getmə hallarını azaldır.
Davamı →