Lizinq

Lizinq icarənin formalarından biri olmaqla maşın-ların, ava­danlıqların, nəqliyyat vasitələrinin və digər maddi dəyərlilərin başqa­la­rı­nın istifadəsinə verilməsi deməkdir. Lizinq əməliyyatları zamanı mül­kiyyətə sahibolma hüququ ilə ondan istifadəetmə hüququ bir-birindən ayrılır.
Lizinq sövdələşmələrində üç tərəf iştirak edir. Ava-danlığı: 1) Istehsal edən firmalar (müəssisələr); 2) Icarəyə verən lizinq şirkətləri; 3) Icarəyə götürən firmalar (müəssi-sələr).
Lizinq əməliyyatları ilə investisiya qoyuluşunu həya-ta keçir­mək üçün müəyyən məbləğdə vəsaitə malik olan hüquqi və fiziki şəxslər məşğul olurlar. Lakin lizinq əməliy-yatları bir qayda olaraq ixtisas­laş­dı­rılmış şirkətlər tərəfin-dən həyata keçirilir.
Davamı →

Lizinq iqtisadi inkişafa necə kömək edir?

Lizinq özündə bank krediti, icarə, investisiya elementlərini cəmləşdirən münasibətlər kompleksidir. Lizinq lizinq verənlə lizinq alan arasında əksər hallarda uzunmüddətli xarakter daşıyan maliyyə sazişidir. Lizinq müqaviləsinə görə lizinq verən lizinq alana lazım olan əmlakı satıcıdan mülkiyyət hüququ ilə əldə etməli və lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verməlidir.
Lakin lizinqin bir investisiya mexanizmi kimi inkişafı nəticəsində banklar və sığorta şirkətləri də lizinq münasibətlərinə qatılırlar. Beləliklə, lizinqin şərtləri bütün tərəflər üçün daha çevik və sərfəli olur. Lizinq iqtisadi inkişafa necə kömək edir?


Ardı →