Müasir tarixdə miqrasiya prosesi haqqında

Öz gərginliyi, ziddiyyətləri, mövcud problemlərinin xarakteri və miqyası baxımından XXI əsrin ilk onilliklərinin beynəlxalq münasibətlər tarixində özünəməxsus yer tutacağı şübhəsizdir. Hər halda, beynəlxalq aləmdə böyük dövlətlərin kəskin geosiyasi, siyasi, iqtisadi, mədəni və digər sahələrdə apardıqları rəqabətdə yeni status almış aktorların — transmilli korporasiyaların, müxtəlif QHT-lərin, mətbuat orqanlarının, terror təşkilatlarının ciddi təsirə malik olan oyunçulara çevrilməsi əvvəlki dövrlərdə indiki qədər açıq və qabarıq şəkildə müşahidə olunmamışdır.
Davamı →