Mülkiyyət

Mülkiyyət münasibətləri insanlar arasında meydana çıxan bü­tün münasibətlərin əsasını təşkil edir. Onun meydana gəlib forma­laş­masını cəmiyyətdən kənarda axtarmaq düzgün olmazdı. Başqa sözlə, cəmiyyətlə heç bir əlaqəsi olmayan, ondan təcrid olunmuş halda meşə­də, yaxud da insan yaşamayan hər hansı bir adada tək-tənha ömür sü­rən şəxsi mülkiyyətçi hesab etmək düzgün deyildir.
Digər tərəfdən, mülkiyyət münasibətləri şeylərlə, birinci növbə­də investisiya əmtəələri, yəni mülkiyyətin ob-yekti ilə əlaqədardır. Mül­kiyyətin obyekti insanların nəyə, hansı nemətlərə, hər şeydən əvvəl in­vestisiya əmtəələrinə sahib olmalarını göstərir. Məsələn, mülkiyyətin obyektinə torpaq, yeraltı sərvətlər, meşələr, sular, dəmir yolları, bank­lar, firmalar (müəssisələr), sığorta şirkətləri və s. daxildir. Deməli, mül­kiyyət münasibətlərini obyektsiz təsəvvür etmək olmaz. Bununla birlik­də, mülkiyyət münasibətlərini mül-kiyyətin obyekti ilə eyniləşdir­mək də düzgün deyildir.
Davamı →