Müsəlman ailəsinin xüsusiyyətləti

Hər il bu günlərdə gənc oğlan və qızların dəyərli təmənnalarını gerçəkləşdirən toylar çox yaşanır. İçərisində şərəfli bir sığınacaq, könül sükunətliyi və səadət tapacaqları müsəlman ailəsi qurarlar. Bu yuvanın kölgəsində və qanadları altında ciddi bir atalıq və şəfqətli bir analıq ilə bənzərsiz bir nəsil yetişir. Bəs bu yuvanın xüsusiyyətləri nədir? Üsulu nədir? Xöşbəxtliyi necə gerçəkləşir? Allah Təala belə buyurur: «Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda dostluq, sevgi və məhəbbət yaradması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır!» (30/ər-Rum/21) Ailə, qiymətini ancaq itirənin, qorxunc bir yalnızlıq içində və ya zindan qaranlığında yaşayanın, yollarda və çollərdə azanın bilə biləcəyi bir nemətdir.
Ardı →