Əhalinin məşğulluğu və əmək bazarının dövlət tərəfindən tənzimlənməsi

Bazar iqtisadiyyatının yüksək səviyyədə inkişaf etdiyi ölkələrdə əhalinin məşğulluğu və əmək bazarının dövlət tərəfindən tənzimlənməsi mexanizminə aşağıdakı metodlar daxildir:
  1. Iqtisadi metodlar – iş yerlərinin yaradılması və mövjud olanların saxlanması üçün sahibkarları stimullaş-dırmaq məqsədilə güzəştli kreditləşdirmə, vergitutma və büdjə siyasəti yeridilməsi, peşəkar kadrların hazırlanması-nın həyata keçirilməsi;
  2. Təşkilati metodlar–məşğulluq və işədüzəltmə xid-mətinin, informasiya və peşəyönümü, kadrların hazırlanma-sı və yenidən hazırlanması sistemlərinin yaradılması;
  3. Qanunvericilikdə nəzərdə tutulan inzibati metodlar–əmək müqavilələrinin bağlanması, iş gününün uzunluğu, işçilər iş vaxtından artıq işlədikləri hallarda əməyin haqqının ödənilməsi, saatlıq minimum əmək haqqının müəyyən edilməsi, məşğulluğun təmin olunması ilə əlaqədar sahibkarlar tərəfindən milli fondlara ödəmələrin tətbiqi, işədüzəltmə kvotalarının müəyyənləşdirilməsi qaydalarının nizama salınması və i.a.

Davamı →

İşsizlik, onun səbəbləri, ölçülməsi və formaları

Müasir dövrdə bütün ölkələrdə müşahidə olunan kəs-kin prob­lem­lərdən biri işsizlikdir. Işsizlik – iş qüvvəsinin (iqtisadi fəal əhali­nin) əmtəə və xidmətlərin istehsalı ilə məşğul olmayan hissəsini göstərən sosial-iqtisadi hadisədir. Məşğul əhali ilə işsizlər ikisi birlikdə ölkənin iş qüvvəsini əmələ gətirir. Işsizlik özünü iş qüvvəsinə olan tələbin təklifdən geri qalmasında göstərir.
Işsizlərə aşağıdakılar aid edilir: işləməyənlər, iş axtaranlar, işə başlamağa hazır olanlar. Işsizlərə təkcə müxtəlif səbəblərdən işdən çıxa­rılanlar deyil, iş yerlərini könüllü surətdə qoyub gedənlər, yeni iş tap­mağa cəhd göstərənlər də daxildir
Davamı →