Medikamentoz mədə xorası

Medikamentoz mədə xorası — bu, tez-tez rast gəlinən problemlərdən biridir. Bu xəstəlik dərman preparatlarının təsiri nəticəsində mədənin selikli qişasının zədələnməsi ilə müşahidə edilir.

Bu cür patoloji proses dərman maddələrinin uzun müddətli qəbulundan sonra müşahidə edilə bilər. Buna görə də, ilkin əlamətləri müşahidə edən kimi yaxşı olardı ki, həkimə müraciət edəsiniz. Çox vaxt medikamentoz mədə xorası zamanı qanaxma yaransa belə, bu simptomsuz inkişaf edir. 

Qanaxmadan əlavə, mədə divarının perforasiyası da meydana gələ bilər ki, bu da xəstənin sağlamlığı üçün çox təhlükəlidir. Çox zaman bu xəstəlik iltihabla müşayiət olunur. Medikamentoz mədə xorası tibbdə ciddi problemlərdən biridir. Bunun səbəbi isə bir çoxları tərəfindən xəstəliklər zamanı həkim təyinatı olmadan qeyri-steroid tərkibli dərmanları qəbul etmələridir.
Davamı →

Mədə xorası

Mədə xorası mədənin normal daxili örtüyünün, başqa sözlə selikli qişasının tamlığının  pozulmasıdır. Qeyri-şiş mənşəli mədə xorasının yaranmasının əsas səbəbi mədə daxilində olan turşu-qələvi müvazinətinin pozulmasıdır. Mədədə turşunun (pepsin) ifraz edilməsi həzm prosesi üçün vacib şərtlərdən biridir. Normada qida və mədənin daxili müdafiə imkanları turşunun selikli qişaya zədələyici təsirini aradan qaldırır. Amma turşu-qələvi müvazinəti pozulan hallarda mədənin zədələnmə ehtimalını artırır.


Ardı →