Məhlullar

  • Kimya
Məhlulların məlum olan bütün növlərini dispers sistemlərə aid edirlər. Bir maddənin kiçik hissəciklər şəklində başqa maddə mühitində paylanmasından alınan sistemə dispers sistem deyilir. Paylanan maddə dispers faza, mühit isə dispers mühit adlanır
Aqreqat halına görə məhlullar maye, bərk, qaz halıda olurlar. Məsələn: duzların suda məhlulu, mis ilə nikelin ərintisi,qaz qarışığı məhluldur.
Təbiətdə və texnikada maye məhlulların rolu böyükdür.Təbii sular,qan,limfa və fizioloji mayelər məhluldur;qidanın mənimsənilməsi onun məhlula keçməsi nəticəsində mümkün olur;kimyəvi çevrilmələrin çoxu mühiti maye olan müxtəlif məhlullarla bağlıdır.Həll olan maddə və həlledici eyni aqreqat halında olduqda çoxluq təşkil edən maddə həlledici hesab edilir.
Həqiqi məhlullardan əsas xüsusiyətlərindən biri odur ki,onlar həllolan maddə ilə həlledicinin sadəcə olaraq toxunmasından əmələ gəlir.Bu isə öz-özünə baş verən qarşılıqlı diffuziya prosesi ilə əlaqədardır.Qarışdırma,çalxalama və başqa mexaniki təsir isə məhlulun əmələgəlmə prosesini yalnız sürətləndirir.
Ardı →