Mərciməyin faydaları

Mərcimək (latınca «lens culinaris») paxlalılar fəsiləsindən birillik bitki cinsidir. Vətəni həm Avropa, həm də Asiyadır. Hətta, qədim Misir piramidalarında da mərciməyin qalıqları tapılmışdır. Yarpaqları yaşıl, çiçəkləri ağ, çəhrayı, bənövşəyidir. Toxumlarının ölçüsünə görə həm iritoxumlu, həm də xırdatoxumlu mərciməklər var. Ən çox məlum olan növləri qırmızı, sarı, yaşıl mərciməkdir. Mərcimək ən çox Avropa, Asiya, Afrika ölkələrində yayılmışdır. İstisevən bitki olduğu üçün isti yerlərdə daha çox yetişir. İyun, iyul aylarında çiçək, avqust-sentyabr aylarında isə meyvə verir. Mərcimək təkcə zülalla yox, nişasta ilə də zəngindir. Mərciməyin tərkibində 30%-ə qədər zülal, 60%-ə qədər nişasta mövcuddur. Mərciməyin tərkibində B1, B2, B9 vitaminləri, dəmir, kalsium, fosfor minerallari var. Daha maraqlı bir fakt isə budur ki, mərciməyin tərkibində olan zülal ətin tərkibində olan zülaldan daha çoxdur. Qədim dövrdə mərciməkdən dərman bitkisi kimi də istifadə edilmişdir. Digər tərəfdən mərcimək qədim Romada mədə-bağırsaq dərmanı kimi istifadə edilmişdir. Qədim Romada mərcimək ən yaxşı sakitləşdirici dərman kimi də məlum olmuşdur. Bu gün mərciməyin təkcə özündən yox, unundan və yarmasından da geniş istifadə olunur.

Davamı →

Mərci yemək üçün səbəblər

Mərci çox faydalı bitki növüdür. Mərcidən müxtəlif növ yeməklərdə istifadə olunur və çox ləzzətlidir.
Mərci insanı tox edir
Mərci də başqa dənli bitkilər kimi mədədə gec həzm olunduğuna görə, insana uzun müddət toxluq hissi verər. Ona görə də insan çox yeməkdən çəkinir.
Mərci qəbizliyi aradan qaldırır
Mərci qidalı liflərlə zəngindir. Qidalı liflər bağırsaqların normal fəaliyyəti üçün olduqca vacibdir. Əgər qəbizlikdən əziyyət çəkirsinizsə, bu dənli bitkiyə etimad edə bilərsiniz. Ancaq ifrat etmək olmaz. Çünki bu dənli bitki suda həll olmadığı üçün, həzmi çətin olar. Bağırsaqlarınızı təhrik edə bilər. Bişirməmişdən əvvəl mərcini bir neçə saat suda saxlamaq daha faydalı olar.
Davamı →

Ət qidasından çox istifadə edələrə tövsiyyə

Əti çox yeyənlər qəbizlik problemi yaranmaması üçün gündə mütləq ən azı 2 litrə qədər su içməlidirlər. Bundan əlavə, çoxlu meyvə-tərəvəz yemək də məsləhətdir.

Həzm problemi və ya xolesterolu olanlar, həmçinin ürək və qaraciyər xəstəliklərindən əziyyət çəkənlər də çox ət yeməməlidirlər.

Heyvan mənşəli proteinlərlə zəngin olan qidalardan istifadə edənlərdə qalın bağırsaq xərçənginə yoluxmaq ehtimalı daha yüksəkdir.

Mərcimək, noxud, quru lobya kimi paxlalı bitkilər əslində həm orqanizmin protein ehtiyacını ödəyir, həm liflə zəngin olduğu üçün xolesterolu aşağı salır, həm də qəbizlik problemini aradan qaldırır. Buna görə də ətdən çox, belə məhsullardan istifadə etmək daha məqsədəuyğundur.


Davamı →