Evdə uşaqlardan valideynə keçən 5 xəstəlik

Ailədə övladınızdan sizə keçəcək bir sıra xəstəliklər var ki, istər-istəməz onlar qarşısında müdafiəsizsiz. Özü də bu xəstəlikləri uşaq nə qədər ayaqüstü, yüngül keçirirsə, böyüklər daha ağır keçirib yatağa belə düşürlər.
1.Qızılca
Hava-damcı yolu ilə keçir. Əgər evdə uşaq qızılca çıxarıbsa, qapı dəstəyi ilə belə digər ailə üzvlərinə keçə bilər. Qızılca olan uşaq ilk 4 gündə yoluxdurucu təhlükəli olur.
Uşaqlarda qrip kimi başlayır, 10 gün ərzində bədən səpir. Əgər ağırlaşma olmasa və ya uşağın immuniteti mübarizə aparsa, müalicə edilməsə belə, sadəcə yataq rejimində olmaqla qızılca 10 -12 gün ərzində özü keçir. Daha çox südəmər körpələr və 5 yaşa kimi uşaqlar təhlükə altındadır və ağır keçirir.
Davamı →

Məxmərək

məxmərəkMəxmərək — kəskin infeksion virus xəstəliyidir. İnfeksiya hava-damcı yolu ilə (xəstə asqırarkən, öskürərkən) digər insanlara keçir.

Xəstəliyin əvvəlində uşağın hərarəti bir qədər qalxır, ümumi zəiflik, bəzən burun tənəffüsünün çətinləşməsi, zökəm, öskürək əmələ gəlir, ənsə və arxa boyun limfa vəziləri böyüyür.

Daha sonra, əvvəlcə sifətdə, sonrakı bir neçə saat ərzində isə bütün bədənə yayılan qırmızımtıl ləkələr (ölçüləri 5-10 mm olan) şəklində səpgilər əmələ gəlir. 2-3 gündən sonra səpgilər özlərindən sonra heç bir iz (piqmentasiya, qabıqvermə və s.) qoymadan yox olurlar.


Ardı →

Allergiya və autoallergiya

Allergiya (yun. «allos» — başqa, özgə; «erqon» — iş, fəaliyyət, təsir) — orqanizmin antigen təbiətli maddələrə qarşı yüksəlmiş və təhrif olunmuş reaksiyasıdır. Orqanizmin yad və ya potensial təhlükəli hesab edib, ona qarşı antitellər (əks-cisimlər) hasil etdiyi hər hansı maddəyə antigen deyilir. Allergiya törədən antigenlər allergen adlanır.
Allergik xəstəliklər lap qədimdən mövcud olmuşdur. Keçmişdə bədənin səpməsini, şişdiyini gördükdə, «toxluq edib» deyirdilər.
Qida maddələrinin törətdiyi allergik xəstəliklər hələ məşhur Hippokratın, Qalenin vaxtından məlumdur. 1819-cu ildə ilk dəfə ingilis alimi Con Boston otun təsirindən törənən allergiyanı təsvir etmişdir. Fransız alimi Şarl Rişe, rus alimi Q.P.Saxarov, ingilis pediatrı Smit, iyirminci əsrin əvvəllərində allergiya xəstəliklərini müşahidə etmiş, müəyyən təcrübələr aparmış və faydalı fikirlər söyləmişlər. Sonralar İ.İ.Meçnikov bu fikirləri daha da genişləndirmişdir.
Hazırda allergiya orqanizmə daxil olan hər hansı yad cismə, yad zülala qarşı həssaslığın artması kimi təsəvvür olunur. Müəyyən edilmişdir ki, immunokompetent sistem orqanizmə daxil olan hər hansı cismin, yaxud maddənin onun özününmü, ya ona yadmı olduğunu yaxşı bilir. Ona görə də orqanizmə daxil olan hər hansı yad cismə qarşı mühafizə xarakterli əks-cisimlər hasil olur.


Ardı →