1.1.2. Kredit sisteminin iqtisadi mahiyyəti

Ödənişlik prinsipi nəzərdə tutur ki, borcalan kre­di­tordan aldığı pulu müəyyən faizlə  (kredit haqqı ilə) geri qaytaracaq.
Müddətlilik prinsipi maliyyə resurslarının borcalan tərə­findən kreditora qaytarılmasında müddətliliyi əks et­dirir. Kredit müddətlilik prinsipinə görə qısamüddətli (1 ilə qə­dər) və uzunmüddətli (1 ildən çox) kimi təsnifatlana bilir.
Təminatlılıq prinsipi kreditora hüquq verir ki, borc­alandan onun borcunu faizlə qaytarmaq öhdəliyinin təmin edilməsini tələb etsin. Bir çox hallarda təminat formasında daşın­maz əmlak obyektləri çıxış edir. Lakin 1997-ci ildə Yaponiyada daşınmaz əmlak qiymətlərinin kəskin şəkildə aşağı düşməsi səbəbindən yaranan bank böhranı təminat portfelinin diversifikasiyasının zəruriliyini təsdiq etdi.


Ardı →