Hacı Zeynalabdin Tağıyev Bakıda mart hadisələrinə dair teleqram göndəribmi

1918-ci il mart ayının 30-da axşam radələrindən başlayaraq Bakıda erməni-bolşevik qüvvələri tərəfindən türk-müsəlman əhalisinə qarşı yönəlmiş qırğınlar aprelin 2-nə kimi davam etmiş, öz kütləvi xarakterinə, miqyasına və amansızliğına görə “milli faciə” (kimi qiymətləndirərək Azərbaycan tarixinə “1918-ci il Mart hadisələri” adı ilə daxil olmuşdur.
Bu qırğınlar nəticəsində ən ümumi hesablamalara görə 12 mindən artıq azərbaycanlı qətlə yetirilmiş, müsəlmanlara məxsus yüzlərlə tarixi və mədəni abidələr, ictimai, dini, ticarət binaları, bötöv yaşayış məhəllələri, ayrı-ayrı evlər və s. məhv edilmiş və yandırılmışdı.
Davamı →