Maskulinizm

MaskulinizmAzərbaycanda «maskulinizm» sözünü tək-tük insanlar bilir. O da hərəkat adı kimi yox, psixologiyaya, sosiologiya kimi elmlərə aid termin kimi.
Elə Qərbdə də onun haqqında danışmaqdan çox susmağa üstünlük verirlər. Bununla belə Maskulinizm- yəni kişi hərəkatı son iyirmi ildə güclənməyi və ictimaiyyətin diqqətini cəlb etməyi bacarıb. Təbii ki, söhbət Şimali Amerika və qismən də Avropadan gedir. 

Əslində Kişi hərəkatı, feminizmin ikinci dalğasının yüksəlişi ilə, demək olar ki, eyni vaxtda yaranıb. Lakin yaxın dövrlərə qədər ona o qədər də əhəmiyyət verilmir, bu fenomen kinayədən başqa heç bir hiss doğurmurdu.

Maskulinizmlə bağlı nəzərəçarpacaq dəyişikliklər keçən əsrin səksəninci illərdə başlayıb. Həmin dövrdə əksər qərb ölkələrində, ilk növbədə də ABŞ-da maskulinizmin müxtəlif cərəyanlarını təmsil edən yeni-yeni təşkilatlar yarandı, onların hər birinin öz lideri oldu, hərəkata qoşulanların artdı. İnternetin də inkişafı nəticəsində gizli sükut divarı («Lace Curtain») yarıldı. 

Ardı →