Uşağın cinsinin planlaşdırılması

İnsan bədəni milyonlarla hüceyrələrdən ibarətdir. Hər hüceyrənin içərisində nüvə, nüvənin içərisində – xromosomlar yerləşir.

Qadınların xromosom dəsti – 46XX, kişilərin – 46XY. 44 xromosom hər insanın bütün xüsusiyyətlərindən (gözlərin, saçların, dərinin rəngi, maddələr mübadiləsi və s.) məlumat daşıyır, qalan 2 xromosom isə – cinsi xromosomlardır.

Spermatozoid və yumurta hüceyrəsində 23 sayda xromosom olur – 22 qeyri-cinsi xromosom + 1 cinsi xromosom. Qadınlarda bütün yumurta hüceyrələrində yalnız bir X cinsi xromosomu (qadın orqanizmində digər cinsi xromosom mövcud deyil!) olur – 23X. Kişi spermatozoidi isə ya X, ya da Y cinsi xromosomlarına malik olur (23X və ya 23Y).

Bu hüceyrələrin birləşməsi (mayalanma) nəticəsində yeni orqanizmin xromosom dəsti (genotipi) formalaşır. Bu dəst ya 46XX və ya 46XY şəklində ola bilər.


Ardı →

Ekstrakorporal mayalanma

1978-ci ildə ilk qadın süni surətdə mayalandırılmışdır. Bunun nəticəsində qız uşağı doğulmuşdur. Bu yaxınlarda isə bu qız heç bir əlavə tibbi kömək olmadan, ana olmuşdur. 1978-ci ildən başlayaraq bütün dünyada EKM üsulu ilə 2 milyona yaxın uşaq doğulmuşdur.Ümumdünya tibbi statistik məlumatlara əsasən, EKM tətbiq edildikdən sonra orta hesabla 30-35% hallarda hamiləlik baş verir.


Ardı →

Süni mayalandırma metodu

Süni mayalanma sonsuzluğun xüsusi formalarının müalicə metodlarından biridir.Bu prosedur zamanı spermatozoidlər xüsusi üsullarla birbaşa qadın bədəninə yeridilir ki, bu da özlüyündə onun qət edəcəyi məsafəni azaltmaqla bərabər yumurtahüceyrə ilə  “görüş”  şansını və dolayısıyla mayalanma prosesini sürətləndirir.Bu üsuldan istifadə edən qadınlar kifayət qədər az olsalar belə süni mayalandırmanın bir forması kimi bu prosedur daha əziyyətsiz, əksgöstərişsiz bir tibbi hadisədir.Geniş istifadə olunmamasına baxmayaraq tibb mütəxəssisləri tərəfindən sonsuzluğun bir çox formalarının ilkin müalicəsi kimi rahatlıqla təyin olunur.


Ardı →