Modern insanın faciəsi

Bütün həqiqətin özündə olduğunu iddia edən və onu pornoqrafik şəkildə nümayiş etdirib mütləqləşdirən bir zehniyyət yaratdı modernizm. Bu zehniyyətin yetişdirdiyi modern insan Həqiqətin gözündə çox cılız görsəndi. Modernizmin insanlara gətirdiyi həqiqət ola bilməzdi. Bəs nə gətirdi bizə? -Heç nə...  Bu heç nədi insanın ürəyini bulandıran, insanı özündən diksindirən, bezdirən, hər şeyi dəyərsiz və boş göstərən.  Müasir dövrün faciəsidi bu. Bəli, artıq postmodern dövrün astanasındayıq. Boşluğun içində dəbələnirik. Bütün sirlər ifşa olunub. İndiana Jones gəldi və bütün sirləri ifşa etdi.  İndiana Jones,  şərqə çılpaqlıqla öz nifrətini, əsəbini qusdu… Artıq çılpaqlıq bir göstəriş olub.Yaxşı, bəs nə mənası var  bu çılpaqlığın? Çılpaqlığın mənasıda bəlkə elə mənanın, batinin özünə olan kinidi? Dünyəvi zövqlər, həzzçilik, sekulyarizm, texnologiyaların bizə gətirdiyi rahatlıq və s.  Modern insan dünyəvi illüziyaların əsarətindədi. Bəs bu dünyəviləşmə insana necə təsir edir?

   Nitsşe «tanrı öldü» dedi.  Və bu modernizmin,  müasir qərb paradiqmasının yaranmasının da ilk xəbərçisi oldu. Tanrını öldürüb insanı, insan ağlını mütləqləşdirdilər. Kapitalizmin fonunda insan fövqəlinsana doğru yol aldı. Bu ən birinci özünü düşüncəmizdə və dolayısıyla dilimizdə göstərdi.


Ardı →