Muskat qozunun faydaları

  • Flora
Haqqında:
Ana vətəni Morokko olan, yarpağı həmişəyaşıl ağacın yetkinləşmiş quru toxumlarıdır. Bizdə kiçik muskat qozu olaraq bilinir. Fındıqla qoz arasındakı ölçüdə olan ədviyyat, rəndələnərək toz halında istifadə olunur.

İstifadə edildiyi yerlər:
Şorbaların, müxtəlif souslar, xüsusilə ətin, dolmanın ləzzətləndirilməsində, yeməklərə dad və qoxu vermək məqsədiylə istifadə edilir. Rəndələnərək toz halına gətirilib istifadə edilir. Artığı beyin və sinir sisteminə mənfi təsir etdiyi üçün yeməklərdə çox az istifadə etmək tövsiyə olunur.

Vitamin tərkibi:
Qurudulmuş muskat qozunun enerji dəyərləri olduqca yüksəkdir. Hər 100 qram muskat qozunda 662 kalori vardır. Tək bir muskat qozunun suyu bədənin gündəlik qidalanması üçün lazımlı olan C vitaminini kafi bir nisbətdə qarşılayar. Bundan başqa, B qrupu vitaminləri də tərkibinə daxildir (Niasin, pantothenic turşusu, biotin, riboflavin, fol turşusu, tiamin, pyridoxin).
Ardı →