Operasiyaya bilavasitə hazırlıq

Operasiyaya bilavasitə hazırlıq bir gün qalmış və operasiya günü aparılır. Xəstə vanna qəbul edir, onun yataqağılarını və alt paltarını dəyişirlər. Operasiya günü operasiya sahəsinin və onun ətrafındakı böyük bir nahiyəni (qarın boşluğunda operasiya aparılacaqsa qasığı, qasıq dəbəliyində — aralığı, budu və s.) ülgüclə qırxırlar. Xətərsiz və xətərli ülgücdən istifadə etməyi xəstəxananın dəlləyindən öyrənmək lazımdır. Operasiyaya bir gün qalmış ülgücləmək lazım deyil, çünki bir günə tüklər çıxır, xırda sıyrıntılara isə infeksiya düşə bilər. Ülgücləməmişdən əvvəl dərini dezinfeksiyaedici məhlulla silir və qurumağa qoyur, qırxandan sonra isə spirtlə silirlər. Operasiyanı acqarına aparırlar. Səhər xəstənin diş protezlərini çıxarır, tənzifə büküb tumboçkaya qoyurlar. Başına papaq geydirir, yaxud yaylıq bağlayırlar (qadınların saçları uzunsa, hörürlər).


Ardı →

Operasiyaya hazırlıq

Cərrahiyyə şöbəsinə daxil olan xəstələrin əksəriyyətinə cərrahi müdaxilə edilir. Xəstənin daxil olduğu andan operasiya aparılana qədər olan müddət operasiyaqabağı dövr adlanır. Operasiya qabağı aparılan proseduralar (operasiyaqabağı hazırlıq) ağırlaşmaların qarşısını almaq üçün görülən tədbirlər olub operasiya təhlükəsini azaltmaq məqsədi daşıyır.


Ardı →