Mübarək Ramazan ayı

 “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə də vacib edildi. Bəlkə, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!”  (Əl Bəqərə surəsi, 183-cü ayə)
Islamın müqəddəs bayramları içərisində orucluq bayramı mühüm yer tutur. Bu bayramın tarixi müsəlman təqvimi ilə hicrinin 2-ci ilindən (miladi 623-cü il) başlanır. Oruc Ramazan ayında tutulduğu üçün ona “Ramazan orucu” da deyirlər.

Davamı →

Ramazan ayında şeytanın fəaliyyəti nəyə yönəlib?

Şeytanın (lən) bu mübarək aydakı ən çox fəaliyyəti — bu ayın feyz və bərəkətini bizdən almağa çalışmaqdır. Əgər bir qədər diqqət etsək, görərik ki, bu ayda münaqişələrin və yersiz vaxt öldürməklərinin sayı kifayət qədər olur. Şeytan öz dostlarının yardımı ilə fitnə və münaqişə hazır edər və çalışar ki, insanlar bu mübarək aydan az tövfiq əldə etsinlər. (Tebyan)
Ramazan ayı demək, İlahi ziyafətə daxil olmaq deməkdir. İnsan nəfsinə deyər ki, bəsdir yedin, indi Allaha diqqət etmək, ibadət etmək zamanıdır. Biz Məhbubumuzla xəlvət etmək istəyirik və ancaq yediklərimiz bizi Ondan qafil edir.
Davamı →

Oruc tutanların neməti nədir

İmam Baqir (ə) buyurur: “İslam beş dayağın üzərində inşa olunmuşdur: namaz qılmaq, zəkat vermək, Ramazan ayının orucu, Beytul-haramın həcci, biz Əhli-Beytin (ə) vilayəti”. Quran-Kərim oruc barəsində buyurur: “Ey iman gətirənlər, sizdən əvvəlkilərə yazıldığı kimi, sizə (də) oruc yazıldı və qərara alındı, (ki,) bəlkə (ruhunuz qüvvətlənsin və nəfsi istəklərdən)çəkinəsiniz”. (”Bəqərə” 183).
Davamı →