Ovulyasiya nədir və əlamətləri nələrdir?

Ovulyasiya nədir?

Ovulyasiyanın nə olduğunu başa düşmək üçün qadın cinsiyyət orqanı sisteminin quruluşu və fəaliyyəti barəsində təsəvvürlərə malik olmaq lazımdır. Qadın yumurtalıqlarının qabıq qatında “yatmış” vəziyyətdə olan ilkin follikullar adlanan yumurta hüceyrələri yerləşmişdir. Doğulan qız uşaqlarında onların sayı 300-400 minə yaxın olur.

Menstruasiyanın (aybaşı) birinci günündə hipofiz vəzidə FSH-follikulstimullaşdırıcı hormon ifraz olunur. Bu hormonun təsiri altında qadın yumurtalığında olan ilkin follikullardan biri (bəzi hallarda isə iki və ya üçü) inkişaf edir. Tsiklin əvvəlində ilkin follikulun diametri 1mm-dən artıq olmur. İki həftədən sonra isə


Davamı →

Menstruasiya haqqında bilmədikləriniz

Ovulyasiyadan sonra deşilən (partlayan) follikulun yerində yumurtalıqda xüsusi struktur olan “sarı cisim” əmələ gəlir.
Sarı cisim ikinci qadın cinsi hormonu olan progesteron hazırlayır.
Progesteronun təsiri altında uşaqlığın divarı (endometrium) getdikcə qalınlaşmağa, böyüməyə başlayır, ödemləşir, qan damarları ilə zənginləşir ki, gələcəkdə lazım olduqda mayalanmış hüceyrənin qidalandırılması üçün burada münbit şərait yaranmış olur.
Ovulyasiyadan 10-14 gün sonrakı müddət ərzində hamiləlik baş vermədiyi halda sarı cismin dağılması baş verir. Hamiləliyin baş hormonu olan progesteron məhz sarı cisim tərəfindən hazırlandığı üçün, onun dağılmasından sonra bu hormonun hazırlanması prosesi də dayanır. Bunun nəticəsində qalınlaşmış endometrium qatı kifayət qədər qan ilə təchiz olunmur ki, bunun da nəticəsində bu qat məhv olaraq xaricə axmağa başlayır. Bu, məhz menstruasiyadır.
Davamı →

Ovulyasiya ilə bağlı olan bəzi suallar

Yumurta hüceyrəsinin yumurtalıqdan çıxması anı«ovulyasiya» adlandırılır.

Ovulyasiya baş tutmadıqda hamiləlik mümkün deyil. Yumurtalıqdan çıxan yumurta hüceyrəsi uşaqlıq borusuna düşür və burada onu spermatozoidlər «gözlədikdə», mayalanma baş verir.

Qadınlarda ovulyasiya ilə bağlı bir çox suallar yaranır. Bu sualların bəziləri bu məqalədə cavablandırılır.

1. Ovulyasiya gününü necə dəqiq təyin etmək olar?
Bu ən tez-tez verilən suallardan biridir. Bu heç də asan iş deyil. Menstrual dövr (bir menstruasiyadan növbəti menstruasiyaya kimi olan müddət) müxtəlif qadınlarada müxtəlif olur. Birində bu dövr 24 gün, digərində 28, 30 və s. 40 günə kimi ola bilər. Təbii ki, bu qadınlarda ovulyasiya menstrual dövrünün müxtəlif günlərində baş verir — 11-ci, 14-cü, 16-cı günündə və s.

Amerikada olan Hamilə qadınların assosiasiyası ovulyasiya ilə bağlı araşdırmalar apardı və belə nəticələrə gəlidi ki, ovulyasiya sonuncu menstruasiyadan 11-21 gün sonra və ya növbəti menstruasiyadan 12-16 gün əvvəl baş verir.


Ardı →

Hamiləlik haqqında (qadınlar üçün)

1 Hamilə qalmağın az və çox ehtimalı
Texniki cəhətdən hamiləlik üçün əlverişli vaxt 12 saatdan 24 saata kimi hesab olunur. Bu zaman ovulyasiya baş verir və toxumalar yetişir. Aybaşı dövriyyəsi müxtəlifdirsə, onda ovulyasiya baş verən vaxtı təyin et, menstruasiya başlamazdan qabaq və sonra üzərinə 2 gün (təxminən, 5 gün götürülür) əlavə et və çıx. Bu, hamilə qalmağın riskli dövrü hesab olunur. Ümumiyyətlə, ovulyasiya aybaşıya 14 gün qalmış başlayır. Dəqiq günü təyin etmək üçün aybaşının neçə gün davam etdiyini bilmək lazımdır. Məsələn, aybaşın 32 gündən sonra başlayırsa, onda 14 çıxıb, 18-ə bərabər etmək lazımdır. Dövriyyənin birinci günü başlanğıc gün kimi hesablanır. Lakin nəzərdə tutulan 5 gün hamiləlik üçün riskli vaxt hesab olunur. Həmin dövrdən 3 gün qabaq da hamilə qalmaq olar. Ən təhlükəsiz dövr aybaşıdan 10 gün əvvəl və aybaşı vaxtı hesab olunur. Odur ki, yaxın gələcək üçün planlarının təqvimini indidən qurmağa başla. Hamiləlikdən qorunmaq üçün


Ardı →