Oyun oynayım, böyüyüm

Oyun oynamaq uşaqların ən əyləncəli məşğuliyyəti olmaqla bərabər, həm də onların fıziki, zehni, pisixoloji inkişafına kömək edir. Ona görə də onların yaşına uyğun oyuncaqlar almağa çalışın. Uşaqlar lap körpə vaxtından oynamağa maraq göstərirlər. Onlar əylənmək üçün oyun oynayırlar. Südəmər uşağın oynaması üçün ən yaxşı yer manejdir. Uşaq oyuncağı əlindən salıbsa əli ilə manejin şəbəkəsindən tutub özü onu yerdən götürə bilir. Həmçinin şəbəkə uşağı yıxılmağa və ya manejdən çıxmağa qoymur. Uşaq iməkləməyə və yeriməyə başlayanda isə manej ona darısqallıq edir. Bu zaman ona otağın bir guşəsində yer ayırmaq lazımdır. Guşədə təmizliyə ciddi verilməli, əgər yerdə xalça varsa hər gün silinib, təmizlənməlidir. Uşaq artlq 9-12 aylığında olarkən bağda və qum meydançasında oynamağa daha çox can atır. Hava isti olanda, xüsusilə yay aylarında uşağı tez-tez bayıra çıxartmaq, qum topasının, ya da yaşıl otun üzərində oturdub oynatmaq lazımdır.
Ardı →