Çoxüzlü anlayışı,prizma,paraleliped

Cisim və səth
Stereometriyanın əsəs predmeti həndəsi cisimlər və onların səthidir. Həndəsi cisim və yaxud sadə cisim anlayışı həyatdan, praktikadan, təbiətdən götürülmüşdür. Həndəsi cisim-real mövcud olan fiziki cismin fəzada tutduğu hissədir. Fiziki cismin fiziki və digər xassələri həndəsi cisimdə nəzərə alınmır. Həndəsi cisim üçün mühüm keyfiyyət real fiziki cismin forması və tutduğu fəza hissəsidir.
Cismə aid olmayan nöqtədən cismin səthinin ən yaxın nöqtəsinə qədər məsafəyə nöqtədən cismə qədər məsafə deyilir.


Ardı →