Mərciməyin faydaları

Mərcimək (latınca «lens culinaris») paxlalılar fəsiləsindən birillik bitki cinsidir. Vətəni həm Avropa, həm də Asiyadır. Hətta, qədim Misir piramidalarında da mərciməyin qalıqları tapılmışdır. Yarpaqları yaşıl, çiçəkləri ağ, çəhrayı, bənövşəyidir. Toxumlarının ölçüsünə görə həm iritoxumlu, həm də xırdatoxumlu mərciməklər var. Ən çox məlum olan növləri qırmızı, sarı, yaşıl mərciməkdir. Mərcimək ən çox Avropa, Asiya, Afrika ölkələrində yayılmışdır. İstisevən bitki olduğu üçün isti yerlərdə daha çox yetişir. İyun, iyul aylarında çiçək, avqust-sentyabr aylarında isə meyvə verir. Mərcimək təkcə zülalla yox, nişasta ilə də zəngindir. Mərciməyin tərkibində 30%-ə qədər zülal, 60%-ə qədər nişasta mövcuddur. Mərciməyin tərkibində B1, B2, B9 vitaminləri, dəmir, kalsium, fosfor minerallari var. Daha maraqlı bir fakt isə budur ki, mərciməyin tərkibində olan zülal ətin tərkibində olan zülaldan daha çoxdur. Qədim dövrdə mərciməkdən dərman bitkisi kimi də istifadə edilmişdir. Digər tərəfdən mərcimək qədim Romada mədə-bağırsaq dərmanı kimi istifadə edilmişdir. Qədim Romada mərcimək ən yaxşı sakitləşdirici dərman kimi də məlum olmuşdur. Bu gün mərciməyin təkcə özündən yox, unundan və yarmasından da geniş istifadə olunur.

Davamı →

Yaddaşı gücləndirən qidalar

Bəzi qidalar sürətli düşünməyə, duyğu üzvlərimizin yaxşı vəziyyətdə olmasına, diqqətsizlik probleminin həllinə və xatırlama qabiliyyətinin artmasına kömək edir. Xüsusi ilə meyvə-tərəvəzlərdə orqanizmə təsirli olan vitamin və minerallar var.

Məlumata görə 50 yaşını keçən bəzi insanlarda unutqanlıq problemi görülür. Yaddaşı və zəkanı gücləndirmək üçün faydalı hesab olunan B, E və C vitaminlərindən istifadə etmək olar. B vitamini əksik olduqda yaddaş performansı o qədər yüksək olmur.

Quru paxlalılar, qatıq, süd, pendir, toyuq yumurtası, yerfıstığı, banan, alma kimi tərkibində B vitamini olan meyvə və tərəvəzlər hafizəni yaxşı formada saxlamağa kömək edir.

Onuda qeyd etmək lazımdır ki, qüvvətli zülal qaynaqlarından biri yumurtadır. Bu qida növü də böyümə və inkişafa təsirlidir. Bir sıra mütəxəssislər, irəli yaşlarda xroniki xəstəliyi olmayanların belə yumurta yeməsini təklif edir. Çünki yumurta yaddaşın güclənməsinə yaxşı təsir göstərir.
Ardı →