Fəzada perpendikulyar düz xətlər. Düz xəttin müstəviyə perpendikulyarlığı

Fəzada düz bucaq əmələ gətirən iki düz xəttə perpendikulyar düz xətlər deyilir. A və b düz xətlərin perpendikulyarlığı a b kimi işarə olunur.


Fəzəda düz xəttin xaricində götürülmüş nöqtədən onu kəsən bir perpendikulyar düz xətt, düz xəttin üzərindəki nöqtədən isə sonsuz sayda perpendikulyar düz xətt keçirmək olar.

Ardı →

Planimetriya və stereometriya aksiomları

Həndəsə kursunun məntiqi qurulmasında aksiomların müstəsna əhəmiyyatini nəzərə alaraq planimetreyanın aksiomlarını yadımıza salaq:
  1. Aidolma aksiomu. Düz xəttin üzərində olan nöqtələr və onun üzərində olmayan nöqtələr var.
  2. Düz xətt aksiomu. İki nöqtədən bir yalnız bir düz xətt keçir.
  3. Nöqtələrin düz xətt üzərində yerləşməsi aksionu. Düz xəttin ixtiyari 3 nöqtəsindən biri yalniz biri qalan ikisi arasında yerləşir.
  4. Düz xəttin bölünməsi aksionu. Düz xəttin ixtiyari A nöqtəsi bu düz xəttin qalan nöqtələrini aşağıdakı şərtləri ödəyən iki çoxluğa ayırır: eyni çoxluğa aid iki nöqtə A nöqtəsinin bir tərəfində yerləşir, müxtəlif çoxluqlara aid iki nöqtə A nöqtəsinin müxtəlif tərəfində yerləşir.

Davamı →