İmperatorun oğlunun müəmmalı ölümü

1889-cu ilin günəşli yanvar günlərinin birində Vyana şəhəri ilk qarın göz qamaşdıran bəyaz qiyafəsində par-par parıldayırdı. Avstriya-Macarıstan imperiyasının vəliəhdi şahzadə İosif Rudolf kral arabasında bahalı mehmanxananın giriş qapısına yaxınlaşdı. Mehmanxanadan şahzadənin on yeddi yaşlı məşuqəsi baronessa Ma­riya Veçera çıxaraq, arabaya əyləşdi. Araba Vyana şəhərindən cənubi-şərqdə, yəni iyirmi kilometrlik məsafədə yerləşən Mayerlinq adlı kiçik kəndə tərəf yollandı. Bir neçə saatdan sonra krallığın Ma­yerlinq kəndində yerləşən ov üçün ayrılmış evinin tavanı altında, nəinki Avstriya-Macarıstanı, həmçinin dünyanı sarsıdan XX əsrin ən müəmmalı faciələrindən biri baş verdi.
Mayerlinq sirri haqqında romanlar, elmi-tədqiqat əsərləri yazılmış, tamaşalar və hətta balet səhnələşdirilmiş, Ömər Şərifin və Katrin Denyovun iştirakı ilə rejissor Terens Yanq tərəfindən çəkilmiş kino əsərini də daxil etməklə, bir neçə kinofilm çəkilmişdir. Özünə sui-qəsd üzrə ekspert mütəxəssislərin Mayerlinq kəndində beynəlxalq konfransı keçirilmiş və baş vermiş cinayət hadisəsi haqqında müxtəlif mülahizələr irəli sürülmüşdür. Əsas mülahizələrdən biri şahzadə ilə baronessanın həyatlarına birlikdə sui-qəsd etməsi kimi fərziyyədən ibarət idi.


Ardı →