Qışda başıaçıq gəzmək doğrudurmu?

Fəsillər dəyişdikcə, geyimlərimiz də dəyişir. Hər fəslin öz geyim tərzi var. Yayda daha rahat, yüngül geyimlərə üstünlük veririk, qışda isə əksinə, daha qalın geyinirik.

Amma nədənsə, qış geyimlərini bəzi insanlar sevmir. Həmin geyimlərin onları narahat etdiyini və buna görə də imtina etdiklərini deyirlər.

"İnsanların ilk imtina etdikləri qış geyimi papaqdır" desək, yanılmarıq. Bədənlərinə nə qədər qalın geyinsələr də, bir çox gənclər papaq taxmaq istəmir. Kimisi başını narahat etdiyini, kimisi yaxşı görünmədiyini, yaraşmadığını, kimisi də saçlarına ziyan etdiyini bildirir.
Davamı →