Qızılca xəstəliyinin müalicəsi necədir?

Qızılca, adətən uşaqlarda görülən, lakin bütün yaş qruplarına təsir edə bilən virusa bağlı bir xəstəlikdir. Xüsusilə, immun sistemi zəif olan şəxslərdə daha ciddi simptomlar yarada bilər. Bu yazıda qızılcanın müalicəsi haqqında ətraflı məlumat verəcəyik, həmçinin qızılcanın qarşısını almaq və xəstəliyi daha yüngül keçirmək üçün nələr edilə biləcəyini öyrənəcəyik.


Davamı →

Evdə uşaqlardan valideynə keçən 5 xəstəlik

Ailədə övladınızdan sizə keçəcək bir sıra xəstəliklər var ki, istər-istəməz onlar qarşısında müdafiəsizsiz. Özü də bu xəstəlikləri uşaq nə qədər ayaqüstü, yüngül keçirirsə, böyüklər daha ağır keçirib yatağa belə düşürlər.
1.Qızılca
Hava-damcı yolu ilə keçir. Əgər evdə uşaq qızılca çıxarıbsa, qapı dəstəyi ilə belə digər ailə üzvlərinə keçə bilər. Qızılca olan uşaq ilk 4 gündə yoluxdurucu təhlükəli olur.
Uşaqlarda qrip kimi başlayır, 10 gün ərzində bədən səpir. Əgər ağırlaşma olmasa və ya uşağın immuniteti mübarizə aparsa, müalicə edilməsə belə, sadəcə yataq rejimində olmaqla qızılca 10 -12 gün ərzində özü keçir. Daha çox südəmər körpələr və 5 yaşa kimi uşaqlar təhlükə altındadır və ağır keçirir.
Davamı →

Qızılça virusu immuniteti sıfıra endirir

QİÇS virusu kimi qızılca virusu da öncə insanın immunitetinə hücum edib, onu çökdürür. İnsanın orqanizmi zəifləyir və xəstəliklərə tab gətirə bilmir.
Əlbəttə, qızılcaya qarşı peyvəndlər uşaq ölümlərinin sayını azdıb. Lakin həkimlər bunun biloji mexanizmlərindən əmin deyildilər.
Məhz buna görə ki, Hollandiyada Mişel Mina,Stefen Ellej qızlacaya yoluxan 77 uşaq arasında alanaliz aparıblar.                                                                                                                                                               
Davamı →

Qızılca

QızılcaBu kəskin infeksion xəstəliyi qızılca virusu törədir. İnfeksiya xəstə insandan hava-damcı yolu ilə (asqırarkən, öskürərkən) digər insanlara keçir. Virus çox uçucu və davamlı olub uzaq məsafələrə yayıla bilər.

İstənilən yaşda olan uşaqlar və böyüklər bu xəstəliyə yoluxa bilərlər.

Xəstəlik hərarətin yüksəlməsi ilə başlayır, uşaq əzgin, zəifləmiş olur, burundan xeyli miqdarda əvvəlcə selikli, daha sonra selikli-irinli ifrazat xaric olur, xırıltılı səs, öskürək qeyd edilir. Gözlər qızarır, işıqdanqorxma, gözün tez-tez yaşarması baş verir.

Xəstəliyin 2-3-cü günü praktik olaraq bütün bədən xırda qırmızımtıl səpgilərlə örtülür. Xəstəliyin 4-5-ci günü səpgilər qəhvəyi rəng alır. Qızılca zamanı müxtəlif fəsadlar da (pnevmoniya, otit, enterokolit) baş verə bilər. Qızılca xəstəliyindən ölüm halları da baş verə bilir (xoşbəxtlikdən çox nadir hallarda — əksərən kiçik yaşlı körpələrdə).

Qızılca xəstəliyinin müalicəsi əsasən ev şəraitində aparılır. Xəstəxanaya ancaq kiçik yaşlı uşaqları yerləşdirirlər (fəsad vermək qorxusu olduğundan). Uşağın olduğu otaq mütəmadi olaraq nəm əsgi ilə silinməli, havası tez-tez dəyişdirilməlidir. Otağa işıq düşməsini maksimal şəkildə məhdudlaşdırmaq lazımdır. Uşağın əl-üzünü tez-tez yumaq, gündə 1-2 dəfə gözlərini yumaq, hər qida qəbulundan sonra isə ağızı yaxalamaq (stomatitin profilaktikası üçün) lazımdır.


Ardı →