Qəlyanın 5 ən ziyanlı təsiri

Son zamanlar qəlyan çəkmək ölkəmizdə dəbə minib. Bu çox təhlükəli dəbdir ki, nəticədə ölkəmizdə ağır nəfəsalma sistemi xəstəliklərdən əziyyət çəkənlərin sayı daha da artacaq. Ən pisi isə odur ki, bu dəb əsasən cavanlar arasında yayılıb və «müasirliyin», «sərbəstliyin» rəmzi kimi qiymətləndirilir.

Cavanlar arasında qəlyan çəkməklə bağlı çox təhlükəli yanılma yayılıb ki, guya qəlyan siqaretdən daha az ziyanlıdır. Bu olduqca səhv fikirdir. Araşdırmalar göstərir ki, qəlyan çəkmək əksinə siqaret çəkməkdən qat-qat ziyanlıdır.

Davamı →