Qəlyanın 5 ən ziyanlı təsiri

Son zamanlar qəlyan çəkmək ölkəmizdə dəbə minib. Bu çox təhlükəli dəbdir ki, nəticədə ölkəmizdə ağır nəfəsalma sistemi xəstəliklərdən əziyyət çəkənlərin sayı daha da artacaq. Ən pisi isə odur ki, bu dəb əsasən cavanlar arasında yayılıb və «müasirliyin», «sərbəstliyin» rəmzi kimi qiymətləndirilir.

Cavanlar arasında qəlyan çəkməklə bağlı çox təhlükəli yanılma yayılıb ki, guya qəlyan siqaretdən daha az ziyanlıdır. Bu olduqca səhv fikirdir. Araşdırmalar göstərir ki, qəlyan çəkmək əksinə siqaret çəkməkdən qat-qat ziyanlıdır.

Davamı →

Qəlyan

Hal-hazırda gənclər arasında qəlyanın siqaretə nisbətən sağlamlığa daha az ziyan vurması barədə fikirlər vardır. Doğurdan da bu belədi?

Son on ildə qəlyana yalnız şərq bəylərinin xalçalarında yox, şəhərimizin hər bir çay evində rast gəlmək mümkündü. Gəlin etiraf edək ki, hər birimiz dostlarımızla birgə alma və ya portağal aromatlı qəlyanı tüstülədərək vaxtımızı keçirmişik. Bir çoxumuz isə qəlyanın sağlamlığımıza olan ziyanından xəbərsizik.


Ardı →

Qəlyan çəkmək

Dünyada ilk qəlyan Hindistanda hazırlanıb. Daha sonra isə ondan İran, ərəb ölkələri və Türkiyədə geniş istifadə olunmağa başlayıb. Türkiyədə qəlyan çəkmək ən qədim adətlər sırasına daxildir. Ümumiyyətlə bu ölkədə qəlyandan istifadə keçmişdə də dəbdə olub, indi çox populyardır. Bu səbəbdən də çoxları qəlyanın vətəninin Türkiyə olduğunu idda edir. Bu gün Türkiyə və Misir qəlyan çəkmək mədəniyyətinin son dərəcədə inkişaf etdiyi ölkələrdir.
Şərq məkanında qəlyanla bağlı müxtəlif aforizmlər, adət-ənənələr mövcuddur. Bir sıra xalqlar dostluq əlaməti olaraq bir-birlərinə qəlyan bağışlayırlar. Bəzi ərəb ölkələrində isə evə gələn qonaq ona təklif edilən qəlyandan imtina edirsə, bu ev sahibinə qarşı çox ciddi hörmətsizlik kimi qiymətləndirilir.


Ardı →