Qaraciyər üçün ən faydalı 12 məhsul

Qaraciyər çox möhkəm və dözümlü orqandır. Qaraciyərin çox güclü özünü bərpa edən mexanizmləri var. Lakin buna baxmayaraq müasir insanların həyat tərzi hətta bu dözümlü orqanı korlayır. Pis ekologiya, dərman preparatlarının nəzarətsiz qəbulu, düzgün olmayan qidalanma, pis vərdişlər — bütün bunlar qaraciyərin sağlamlığına ciddi ziyan vurur, qaraciyəri zəiflədir.

Qaraciyərin sağlamlığını saxlamaq üçün onu tez-tez sevdiyi məhsullarla «yedizdirmək» lazımdır.
Davamı →

Qara ciyəri möhkəmləndirən vasitələr

Qara ciyər insan orqanizmində ən əsas orqanlardan biridir.

Qara ciyərin sağlamlığı  bütün orqanizmin sağlamlığında əsas rollardan birini oynayır. Qara ciyər orqanizmin filtridir. Filtr "çirklənəndə", şlaklar, toksinlər və s. ziyanlı maddələr orqanizmdə yığılmağa başlayır və bu bütün orqan və sistemlərin fəaliyyətinə mənfi təsir edir.

Spirtli içkilərin qəbulu, siqaretlərin çəkilməsi, düzgün olmayan qidalanma (menyuda daim qızarmış, çox yağlı, duzlu, istiotlu, konservləşdirilmiş, hisə verilmiş qidaların, fast-fud qidaların və s. olması), dərman preparatların nəzarətsiz qəbulu, pis ekoloji şərait, streslər və s. mənfi faktorlar qara ciyərin sağlamlığına ciddi zərbə vurur. Nəticədə insanda qara ciyərin funksiyasının pozulması simptomları meydana çıxır — sağ tərəfdə qabırğa altı nahiyəsində ağrılar, qida qəbulundan sonra ağırlıq, zəiflik, halın pisləşməsi, tez-tez təkrarlanan «səbəbsiz» baş ağrıları, dilin üzərində ağ və ya sarı ərp, ürəkbulanması, ağızda daim acı dadın olması, gəyirmə, qarında köp, qəbizlik və s.


Ardı →