Qara və qırmızı qarağat

  • Flora
Qara qarağat çox zəngin kimyəvi tərkibinə malik olan giləmeyvədir.

Qara qarağat xüsusilə C vitamini ilə zəngindir. Bu səbəbdən giləmeyvə çox gözəl antioksidant sayılır. Orqanizmdə gedən qocalma proseslərini ləngidir, orqanizmi bərpa edir, orqanizmə xarici mühitdən düşən zəhərlər, toksinlər xə sərbəst radikallarla mübarizə aparır.

Qara qarağat insanın immun sisteminə çox müsbət təsir edir. Uşaqlar, yaşlı insanlar, xəstəliyin nəticəsində zəiflənmiş insanlar üçün bu giləmeyvə olduqca xeyirlidir.

Qara qarağatda həmçinin B qrupu vitaminləri, K vitamini, fol turşusu və pantoten turşusu da var.

Qara qarağat dəmirlə zəngindir. Bu onu anemiyadan əziyyət çəkən insanlar üçün çox faydalı edir.

Bundan əlavə qara qarağat kalium elementi ilə də çox zəngindir. Kalium orqanizmi artıq mayedən və duzlardan azad edir və bunun nəticəsində ürək-damar və böyrək xəstəlikləri olan insanların vəziyyətini yaxşılaşdırır.
Ardı →