BABƏK QALASI – QARTAL YUVASI

  

  Babək qalası-Azərbaycan türklərinin min il bundan öncə yaratdığı azadlıq və istiqlaliyyət qalasıdır. Ulu türkün əskidən bəri tapındığı yurd yeri, tarixlər yadigarı, başı buludlara dəyən xürrəmilər məbədidir. Hər il Güneyli soydaşlarımız qədim qalanın ziyarətinə kütləvi xalq yürüşü keçirir, öz alp-ərənlik tarixini xatırlayır, əfsanəvi qəhrəman Babəki yada salıb tarixi bahadırlıq ənənələrini yaşadır. Bir millətin öz din-imanına, milli ənənə və mənəvi dəyərlərinə tapınması onun kamillik zirvəsi, özünü dərk edib dəyərləndirməsi deməkdir. Bu yolu tutan hər hansı bir xalqm kölə-qul həyatını yaşaması, yad təsirlərə düşüb əriməsi, tarix səhnəsindən silinib getməsi ağlasığmaz bir işdir. Özünə tapman bir millətin öz yaralarmı başa düşüb nəticə çıxarması, yüksək bir iradə nümayiş etdirməsi, meydana birgə çıxmaq imkanlarım dərk etməsi yeni bir amal və dünyabaxışın başlanğıcıdır.

 


Ardı →

Yırtıcı quş- Qartal

Quşlar bədənlərindəki bütün xüsusiyyətlərin uçuş üçün xüsusi dizayn edilib. Göy üzündə ən yaxşı hərəkət etmə qabiliyyətinə malik quşlar olan qartalların da bədən quruluşları hər cəhətdən qüsursuzdur

Qartal (lat. Aquila) – qızılquşkimilər dəstəsinin qırğılar fəsiləsinə aid quş cinsi.
Bədəninin uzunluğu 75-88 sm, quyruğu isə qısadır. Geniş qanadları var və açılan halda2,4 m civarında olur. Ayaqları barmaqlarına qədər tüklə örtülü olur. 2-3 yaşlarında yetişkənliyə çatırlar.
Meşə və dağlarda yaşayırlar. Erkəklər həyatları boyu bir dişi ilə cütləşir və eyni yuvadan istifadə edirlər. Yuvaları əlçatmaz yerdə olur. Qartalların bəzi növləri 100 kq-a qədər yükü qaldıra bilirlər.


Ardı →

"Toyuq mənşəli" qartalın hekayəti

  

Bir dəfə insan qartal yumurtası tapdı və onu toyuğun altına qoydu.

Qartal balası cücələrlə bir yerə böyüdü və onlara oxşadı: Onlar kimi qaqqıldayır, soxulcan axtarmaq üçün torpaqda eşələnir, qanadlarını çalır və uçmağa cəhd edirdi.

İllər keçdi. Artıq böyümüş qartal bir dəfə göydə qürurlu bir quş gördü.

Qeyri-adi incəliklə o, küləyin ani şiddətini məğlub edir, yalnız nadir halda böyük qanadlarını çırpıb-çalırdı.


Ardı →