Qazlı içkilərin orqanizmə ziyanı

Dünyada ən çox satılan içkilərdən biri də qazlı içkilərdir. Müasir dövrdə sərinləşdirici effekt vermək üçün içkilərdə karbon dioksiddən istifadə edilir.
Belə içkilərin tərkibinə su, şəkər (saxaroza, qlükoza və fruktoza), şəkər əvəzləyiciləri, turşular (limon turşusu, alma turşusu və fosfor turşusu), meyvə şirəsi, dadlandırıcılar, rəngləndiricilər və uzun müddətli saxlamaq üçün lazımi maddələr də daxildir. Bəs gündəlik istifadə etdiyimiz qazlı içkilər sağlamlığımıza necə təsir göstərir?

Davamı →

Şirin qazlı içkilərdən imtina üçün 5 səbəb

Şirin qazlı sular (cola, pepsi və s.) insan sağlamlığı üçün ən ziyanlı məhsullar siyahısına daxildir. Bütün dünya həkimləri bu içkilərdən imtina etməyi və ya ən azından onların qəbulunu kəskin azaltmağını tövsiyə edirlər.

Buna bir neçə elm tərəfindən təsdiq olunmuş səbəblər gətirilir.

1-ci səbəb
Cola və s. bu kimi içkilərin tərkibində fosfor turşusunun yüksək konsentrasiyası dişlərdən kalsiumun yuyulmasına gətirib çıxardır ki, bu da dişlərin vəziyyətinə çox mənfi təsir edir. Həmçinin şəkərlə zəngin olan bu içkilər kariesin inkişafını sürətləndirir.

2-ci səbəb
Belə içkilər sümük toxumasına da mənfi təsir edir və insanlarda osteoparoz (sümük toxumasının sıxlığının azalması) kimi ağır xəstəliyin riskini artırır.
Davamı →

Qazlı içkilər dişlərə necə təsir edir?

Bildiyimizə görə insan orqanizminin yarı hissəsi sudan ibarətdir. Məhz buna görə suya olan tələbatını ödəmək üçün, insan gün ərzində çoxlu miqdarda su içməlidir.

Lakin içdiyimiz bəzi digər içkilər orqanizmə adi suyun təsir etdiyi kimi müsbət təsir göstərmir. İstifadə etdiyimiz bir çox içkilər: çay, qəhvə, qazlı sular, limonadlar və s. bir çox hallarda orqanizm və ən əsası ilk olaraq kontaktda olduğu dişlərə mənfi təsir göstərə bilir. Son zamanlar qazlı içkilərin dişlərə nə qədər ziyanlı olduğu haqda bir çox məlumatlar yayıldığından, bu məqalədə sizə bunun səbəbi və nə qədər düzgün fakt olduğunu bildirmək istəyirik:

Beləlilkə hər bir şirin qazlı içki, tərkibində şəkər və ya şəkər əvəzedicisi olan turşa şirin əsasa və tuşuya malikdir. Həm şəkər həm də turşu(xüsusən də limon turşusu) diş emalını parçalayaraq, kariesin yaranmasına səbəb yaradaraq dişlərə eyni dərəcədə çox pis təsir göstərir.
Ardı →

Qazlı içkilər təhlükəlidir

Mütəxəssislər xəbərdarlıq edirlər ki, gün ərzində cəmi iki porsiya qazlı içki qadınlarda diabet və ürək xəstəliklərinə tutulmaq təhlükəsi yaradır. 

45-84 yaşlarında 4 mindən artıq qadının iştirakı ilə aparılan tədqiqata əsasən, müntəzəm olaraq şirin alkoqolsuz içkilər içən qadınlar təkcə ürək xəstəliklərinə deyil, həm də diabet xəstəliyinə tutulmağa daha çox meyillidirlər və onlar sağrının kökəlməsindən də sığortalanmayıblar. Bu barədə «The Daily Mail» yazır. Maraqlıdır ki, bu hallar kişilərdə müşahidə olunmur.

Oklahoma Universitetinin əməkdaşları gündə iki porsiya içki içən qadınların sağlamlığının vəziyyətini və bir dəfə və bu içkidən daha az istifadə edən qadınlarla müqayisə ediblər. Sonrakı beş il ərzində fərq özünü büruzə verib. Belə ki, birinci qrupdan olan qadınlar qanda ziyanlı maddələrin artmış səviyyəsinə malik olurlar ki, bu da arteriyaların tutulmasına təkan verərək insult riskini artırıb.

Üstəgəl, qazlı içki həvəskarlarına şəkərdən istifadəyə nəzarət etmək çətin olub. Ona görə də onlarda diabetin inkişaf etməsi ehtimalı böyükdür. Tədqiqatçılar bu qrupdan olan qadınlarda sağrının həcminin bütovlükdə çəkiyə təsir etmədən böyüdüyünü qeyd edirlər.


Davamı →