Qonur və qırmızı yosunlar. Yosunların əhəmiyyəti

  • Flora
Qonur və qırmızı yosunların əksəriyyəti dərin sularda yaşayan dəniz bitkiləridir. Nümayəndələri mikroskopik ölçüdən nəhəng formalara qədər olur. Tallomları sapşəkilli, kürəşəkilli, lövhəşəkilli və s. olur. Yosunlar suyun dibinə sapşəkilli çıxıntıların – rizoidlərin (yun. rizo – kök, eydos – bənzər) və ya tallomun aşağısında olan lövhəşəkilli çıxıntıların köməyi ilə birləşir. Qonur və qırmızı yosunlar avtotrof yolla qidalanır və suda həll olmuş oksigenlə tənəffüs edir.
Davamı →