Rənglər sevgidən xəbər verir

  • Sevgi
Qırmızı rəng
Qırmızı sevginin və arzunun rəngidir. Sevinci təmsil edir və insanların iştahını qaldırır. Ən diqqət çəkən rəng olduğu üçün insanların üzərində canlı və həyacan verici təsir bağışlayır. Təzyiqi yüksəldir və qan dövranını yüksəldir. Nə qədər parlaq olsa da, heç bir rəng qırmızı qədər diqqət çəkə bilməz. Bu rəngi sevənlər, özünə inamlı, çılğın, bəzən isə ehtiyatsız davranmaq kimi xarakterləri var. Sevgiyə və məhəbbətə ehtirasla bağlanırlar. Lakin yeni bir sevgiyə hər zaman hazır vəziyyətdə olurlar. 

Yaşıl rəng 
İnam və hüzur verir. Buna görə də bankaların qapağında çox zaman yaşıl rəngdən istifadə olunur. Yataq otağı üçün ideal rəngdir. Yaşıl həm də insanların yaradıcılıq qabiliyyətini artırır. Həmçinin yaşıl rəng olan yerdə insanların mədə ağrıları daha az olur. Sakitləşdirici təsirlə yanaşı, dostluq və şəfqət hissini də aşılayır. Həmçinin insanlara ümid bəxş edir. Yaşıla vurğun insanlar, durğun, ağırbaşlı və sabitliyə əhəmiyyət verir. Sevgidə azadlıq axtarırlar. 
Davamı →