Psixoloji yaşantılar

Çox-çox qədimlərdən Misirdə, Yunanıstan və Romada, Amerikada və Uzaq Şərqdə, o cümlədən də, Avropadageniş yayılmış qobelenin-şpalerin Azərbaycanda yalnız XX əsrdə peyda olması daha çox yerli əhalinin ona o qədər də mənəvi-bədii ehtiyacı olmamağından irəli gəlmişdi. Başqa sözlə desək, dünyanı, o cümlədən də, adları çəkilən uzaq-yaxın məmləkətlərin bazarlarını fəth edən xalça-palazlar hazırlamağa qadir olan xalq daha çox məşhur rəssamların tablolarının toxuculuq nümunəsi variantını ərsəyə gətirməklə məşğul olan qobelen estetikasını özünə yaxın buraxmamışdı. İyirmi yüzilliyin ikinci yarısında ölkəmizdəki orta və ali təhsil ocaqlarında toxuculuğun bizlərə qeyri-ənənəvi görünən növlərinin tədrisindən sonra bədii məkanda qobelenlər görünməyə başladı. Ötən əsrin yetmişinci illərində Azərbaycan sərgilərində görünməyə başlayan qobelenə maraq göstərən və bu sahədə fərdi yaradıcılıq potensialını sınaqdan keçirən gənclərdən biri də Adil Şıxəliyev idi.

Davamı →