Rus sektoru davası

Azərbaycanda rus dilinin kütləvi istifadəsi xüsusən SSRİ dağıldıqdan sonra regionlarda sürətlə azalmağa başladı. Bu sadəcə siyasi sistemin dəyişməsi ilə deyil, burada yaşayan rusdilli əhalinin ölkəni tərk etməsi ilə də əlaqədar idi. 1994-cü ildə Azərbaycan əhalisinin 38 faizi rus dilini ana dili kimi bilirdi. 2018-ci ildə aparılan sorğuya görə isə Azərbaycan əhalisinin 24 faizi rus dilində ümumiyyətlə danışa bilmir və bu baxımdan Azərbaycan MDB ölkələri arasında rus dilinin ən az danışıldığı ölkə statusunu qoruyur. Bütün bunlara baxmayaraq yenə də rus dilindən qalan məktəb və universitet bölmələrinin bağlanması məsələsi hər il ortaya atılır.

Davamı →