Dovşan dodaq, qurd ağız körpənin əmizdirilməsi

Dovşan dodaq (yarıq dodaq)-üst dodağın bir yaxud iki tərəfində yarıq olmasıdır. Deformasiya daha çox dodağın sol tərəfində rast gəlir. Qurd ağızda (yarıq damaq) sərt və/və ya yumuşaq damağın orta qismində ara (dəlik) var və beləliklə ağız və burun boşluğu arasında anormal bir əlaqə yaranır.*
Dovşan dodaq və ya qurd ağız, əmizdirməni çətinləşdirən problemlərdir. Lakin, buna baxmayaraq, dovşan dodaqla doğulmuş uşaqlar hətta əməliyyat olunmadan da döşü yaxşı əmir. Qurd ağız isə, südəmizdirmə üçün daha böyük maneələr yaradır.

Davamı →

Südəmər uşağın inkişafı

Yeni doğulmuş uşaqlar anadan olan kimi çəkidə artmırlar. Birinci 3-4 gün onların çəkisi bir qədər azalır. Sonra bir neçə gün çəki gah artır, gah azalır və adətən iki həftəliyində uşaqlar anadan olandakı çəkiyə çatırlar, sonralar isə onların çəkisi müntəzəm artmağa başlayır.

Südəmər uşağın çəkisi müntəzəm artmalıdır.
Südəmər uşağın çəkisi nə qədər artmalıdır? Ayda orta hesabla 0,5 kq. Lakin bu hələ təxmini rəqəmdir. Adətən 2 aylığından 6 aylığa qədər onların çəkisi daha çox artır, 6 aylığından başlayaraq uşaqların çəkisi bir qədər az artır. Məsələn, 5-6 aylığında uşaqların çəkisi anadan olandakı çəkidən təxminən iki dəfə çox olub 6 kq-a qədər olur; 12 aylığında doğulandakı çəki təxminən 3 dəfə artır və 9-10 kq-a qədər olur.
Sonralar uşağın çəkisi ildə orta hesabla 2 kq-a qədər artır. Beləliklə, uşaq bir yaşa qədər daha sürətlə böyüyür. Bir çox analar elə bilirlər ki, uşaq iki yaşına girdikdə çəkidə birinci ildəki kimi sürətlə artacaqdır.


Davamı →