Səbr neməti

“Yalnız (dünyada Allah yolunda çəkilən çətinliklərə) səbir edənlərə axirətdə saysız-hesabsız mükafat veriləcəkdir”. (əz-Zümər 10)
Aləmlərin Rəbbi olan Allaha şükürlər və həmd-sənalar, Onun haqq rəsulu Hz. Muhammədə salətu-salam olsun.
Dünya həyatı hər gün yeni oyunlarla, bəlalarla, müsibətlərlə və bunların doğurduğu vicdan rahatsızlığı ilə üzərimizə yürüməkdədir. Belə qeyri-bərabər şəraitdə əməllərimizin ilahi nəzarət sisteminin sağlam aləti olan ədalət tərəzisindəki müvazinətini sabit saxlamaq qulluq sahiblərindən olduqca böyük məharət tələb etməkdədir. Bütün bu çətinliklərə sinə gərməyə müqtədir olan səbir bərəkətini ruhumuza hakim kəsməyə nail olmasaq, bəla və çətinliklərin şiddətli təsiri altında vurnuxan nəfsin əbədi səadətimizə qənim kəsilmiş üsyankar təbiətinə təslimiyyətimiz qaçınılmaz olacaqdır.
Davamı →

Müsbət israr üçün gözəl nümunə

Çində Bambuk ağacının yetişməsi, müsbət israr üçün gözəl bir nümunədir. Çinlilər bu ağacı belə yetişdirir:
Əvvəl ağacın toxumu əkilir,sulanır və gübrələnir.
Birinci il toxumda hər hansı bir dəyişiklik olmaz.
Toxum yenidən sulanıb gübrələnir.
Bambuk ağacı ikinci ildə də torpağın xaricinə bəhrə verməz.
Ardı →

Səbr haqqında

Ey iman gətirənlər!Səbr və dua ilə (namazla Allahdan)kömək diləyin.Çünki Allah səbr edənlərlədir(onların dostudur).   (Qurani Kərim)
Səbrli olmağı bacaran gec-tez öz istəyinə çatacaq.   (Onore de Balzak)
Təkcə düşmənlərinə qalib gələn igid deyil,özünü ələ almağı bacaran da igiddir.   (Demokrit:Qədim Yunan filosofu.)
Səbr ən zəiflərin və ən güclülərin silahıdır.   (Leşek Kumor:Polyak aforizm ustadı)
İnsan öz səbr və dözümüylə tauna da qalib gələ bilər.   (Napoleon Bonapart:Fransız imperatoru və sərkərdəsi.)
Çox səbr lazımdır ki,səbirli olmağı öyrənəsən.   (Yarob Mixael Reynqold Lents:Alman şairi.)
Səbr insana əvvəlcə zəhər kimi görünür,lakin buna öyrəşəndən sonra bal olur.Səbri olmayanlar nə qədər də yoxsuldurlar.   (Uilyam Şekspir:İngilis şairi və dramaturqu.)
Səbri ,hövsələni unudan insan,
Ağıldan,şüurdan açmasın dastan.   (Nizami Gəncəvi:Azərbaycan şairi və mütəfəkkiri.)
Davamı →