Biz insan deyilik...

İnsan- öz azadlığı


Biz – insan deyilik, kişiyik, müsəlmanıq, yerliyik, qohumuq, qadınıq, valideynik, qonşuyuq, qardaşıq, bacıyıq, övladıq, əmiyik, dayıyıq, kürəkənik, yeznəyik, gəlinik, qayınatayıq, qayınanayıq, məhlə uşağıyıq, iş yoldaşıyıq, tanışıq… bir sözlə, biz azərbaycanlıyıq. Amma insan… deyilik.Kişilik, müsəlmanlıq, qadınlıq, qonşuluq… bunların hər biri müəyyən bir roldur. Hər bir rolun öz normalar kodeksi var. Məsələn, qadın olmaq qadınlıq rolunun normalar kodeksini icra etmək deməkdir. Misal üçün qadınlıq kodeksimizdə “ağır olmaq” dəyərdir, əksinə, yüngüllük bu kodeksdən kənara çıxmaqdır, ayıbdır. Bütövlükdə, azərbaycanlılıq kodeksindəki dəyərlər milli mənəvi dəyərlər adı verilən davranış oriyentrləridir. Və bütövlükdə, azərbaycanlılığın normalar kodeksi mentalitet deyilən şeydir. Dilimizdə yaxşı və ya pis adam öz rolunu (məsələn, qonşuluq rolunu, qayınanalıq rolunu və s.) yaxşı və ya pis icra edən adam deməkdir. Ümumiyyətlə, mənim müşahidəmə görə, “adamlıq” sözünü biz “azərbaycanlılıq” mənasında işlədirik.Azərbaycanlı olmaq milli-mənəvi dəyərlərə görə hərəkət etmək, milli mentaliteti yerinə yetirmək deməkdir.


Ardı →