Avropada saxlanılan Azərbaycanlı sənətkarlar tərəfindən yaradılmış sənət nümunələri

Azərbaycanlı sənətkarlar tərəfindən müxtəlif dövrlərdə yaradılan bir çox nadir sənət nümunələri hal-hazırda dünyanın bir çox ölkələrində muzeylərdə və şəxsi kolleksiyalarda saxlanılır. Londonun “Viktoriya və Albert”, Parisin “Luvr”, Vaşinqtonun “Metropoliten”, Vyananın, Romanın, Berlinin, İstanbulun, Tehranın, Qahirənin zəngin muzey kolleksiyalarına baxarkən orada Təbriz, Naxçıvan, Gəncə, Qazax, Quba, Bakı, Şəki, Şamaxı və Qarabağ ustalarının bacarıqlı əlləri ilə yaradılmış sənət nümunələrini görmək olar.

Tarix dərsliklərində bunların ən məşhurları haqda yazılıb. Məsələn, Londonun “Viktoriya və Albert” muzeyində saxlanılan 1539-cu ildə Təbrizdə Şah Təhmasibin sifarişi ilə Ərdəbil məscidi üçün toxunmuş Şeyx Səfi xalçası, Parisin “Luvr” muzeyində saxlanılan bürüncdən düzəldilmiş 1190-cı il tarixli orijinal fiqurlu bir qab, Nyu Yorkun “Metropoliten” muzeyində saxlanılan Urmiya gölü ətrafında Ziviyə mahalından tapılmış e.ə. VIII əsrə aid edilən zərgərlik nümunələrini xüsusi olaraq qeyd etmək olar. Bu yazıda isə Azərbaycan sənətkarları tərəfindən müxtəlif dövrlərdə yaradılmış və hal-hazırda Almaniyanın məşhur muzeylərində və şəxsi kolleksiyalarında saxlanılan nadir sənət əsərlərindən bəhs edəcəyik.

 Bu sənət əsərlərindən ən dəyərliləri Almaniyanın Berlin, Bonn, Drezden, Münhen və Braunşveyq şəhərlərindəki muzeylərdədir. Almaniya muzeylərində Azərbaycanın qədim dövr və orta əsrlərə aid əsərləri, xüsusilə çoxdur. Bu da səbəbsiz deyil. Məlumdur ki, hələ XIX yüzilliyin axırlarında bir qrup alman mütəxəssisi Gədəbəy, Daşkəsən, Qarabağ və Göygöl bölgələrində arxeoloji qazıntılar aparıblar. Əldə etdikləri sənət əsərlərinin bir hissəsini isə Almaniyaya göndəriblər.


Ardı →