Göynüklü Ağ Şəmsəddin | Türkə tarix yazanlar

Günlərin birində Sultan Fateh Mehmetin qızı Cövhərxan xəstələndi. Saray həkimləri onu müalicə edə bilmədilər. Yenə də çarəsiz qalıb Ağ Şəmsəddinə müraciət etdilər. Ağ Şəmsəddin Cövhərxanı da müalicə etdi. Ona görə də Sultan Fateh Mehmet taxta çıxan kimi xalq arasında hörmət qazanan adamların saraya dəvət edilməsini əmr etdi. Onların içində Ağ Şəmsəddin də vardı. Fateh Mehmet Ağ Şəmsəddinə xüsusi hörmət edir və özünü onun şagirdi adlandırır, ondan hər gün nə isə öyrənirdi. Sultanla Ağ Şəmsəddin arasında müəllim tələbə münasibətindən daha çox, ata-oğul münasibətləri yaranmışdı. Sultan Ağ Şəmsəddinin bir sözünü iki etmirdi.

Həmin dövrdə bir müddət Osmanlı daxilində baş verən hadisələr nəticəsində ölkədə zəifləmə hiss edilirdi. Bu isə Bizansı çox sevindirirdi. Xüsusi ilə olduqca gənc olan Fateh Mehmet taxta çıxanda Bizans artıq Osmanlının əvvəlki gücünü itirdiyini düşünərək bayram edirdi. Ancaq Bizansa ən ağır zərbə də məhz onların uşaq hesab etdikləri Sultan Fateh Mehmetdən gəldi.
Davamı →