Bədənin mökəmləndirilməsi üsulları


Bədənin mökəmləndirilməsi
 – xəstəlikləri müalicə etmir, onların qarşısını alır. Bu, onun çox vacib olan profilaktik roludur.
Bədəni mökəmləndirilmiş olan insan nəinki, istini, soyuğu, həmçinin, orqanizmin müdafiə qüvvələrinin zəifləməsinə səbəb ola bilən havanın kəskin temperatur dəyişmələrini də yüngül şəkildə keçirə bilər. Məsələ bundan ibarətdir ki, biz bədənimizi möhkəmləndirərkən öz immun sistemimizi də məşq etdiririk. Müntəzəm olaraq məşq edilmədiyi halda, hər bir digər orqan və sistem kimi, immun sistemi də zəifləmiş olur. Bədənin möhkəmləndirilməsi zamanı istifadə olunan üsullar vasitəsi ilə orqanizm üçün ekstremal hesab edilən müxtəlif vəziyyətlər yaradılır. Bu zaman immun sistemi də təcili olaraq öz mübarizə üsullarını aktivləşdirir.

Fiziki inkişafı səviyyəsindən asılı olmayaraq istənilən yaş qrupuna aid olan insanlar öz bədənlərinin möhkəmləndirilməsi ilə məşğul ola bilərlər. Yüksək qızdırma ilə müşayiət olunan xəstəliklərdən savayı bədənin möhkəmləndirilməsi üçün əks göstəriş yoxdur. Yadda saxlamaq lazımdır ki, bədənin möhkəmləndirilməsi fasiləsiz və sistemli şəkildə aparılmalıdır. Bədənin möhkəmləndirilməsi üzrə 2-3 ay ərzində aparılan prosedurlar daha sonra saxlanılarsa, orqanizm yaxın 3-4 həftə (uşaqlarda isə 5-7 gün) ərzində öz möhkəmliyini itirmiş olur. Buna görə də əgər hər hansı bir səbəbdən siz, uzun müddət ərzində, bədənin möhkəmləndirməsi prosedurlarını saxlamış olsanız, bunu davam etdirmək üçün yenə də lap əvvəldən başlamaq lazım gələcək.


Ardı →