Sağlamlıq üçün ən təhlükəli içki hansıdır

Sağlamlıq üçün ən təhlükəli spirtli içki pivədir.Bu barədə rusiyalı narkoloq, tibb elmləri namizədi Danil Pokrovski «Veçernıy Moskva”ya bildirib.O, bu içkinin qadağan edilməsinə çağırıb.»Spirt pivənin ən az zərərli tərkib hissəsidir. Pivəyə köpük, rəng, dad xüsusiyyətlərini verən başqa kiçik komponentlər insan sağlamlığı üçün olduqca zərərli birləşmələrdir”, — deyə həkim bildirib.
Davamı →

Yediyimiz ən zərərli qidalar

Qeyri düzgün qidlanma bir başa ürək xəstəliklərinə, piylənməyə, mədə- bağırsaq traktının xəstəliklərinə aparıb çıxarır.

Yağlı qida çəkinin artmasına gətirib çıxarır. Tərkibində çoxlu miqdarda qida əvəzediciləri və rəngləyicilər olan qidaların bolluğu tədricən orqanizmi zəhərləyir, lakin həm də alışmaya səbəb olur. Bişmiş qida doyma hissini kütləşdirir. Qaba bitki mənşəli qida həzm sisteminin işini stimullaşdırır. Ona görə də gündəlik qida rasionunu elə təşkil etmək lazımdır ki, onun tərkibində bacardıqca çox çiy meyvə və tərəvəz olsun.

Zərərli ərzaqların siyahısı:
1. Çeynənən konfetlər, pastila, «meybonlar», «çupa-çupsı». Onların tərkibində küllü miqdarda şəkərlər, kimyəvi əlavələr, rəngləyicilər, qida əvəzediciləri və s. vardır.

2. Həm kartof, həm də qarğıdalı çipsiləri- orqanizm üıün çox zərərlidirlər. Çipsilər rəngləyicilərin və dad əvəzedicilərinin qişasında karbohidratlarla yağların qarışığından başqa bir şey deyildir. Həmçinin kartofel-frinin yeyilməsi də yaxşı heç nə vəd etmir.
Ardı →

Sağlamlığınızı qoruyun

Allahın yaratdığı canlılar içərisində öz taleyinə ən çox təsir göstərə biləcək varlıq insandır. Ən böyük ağac belə ətraf mühitin təsirindən (günəşdən, küləkdən, yağışdan)  və ya bir uşağın onun budaqlarını qırmasından özünü qoruya bilmir. 

Hərəkət etmək qabiliyyəti olan heyvanlar da nə qədər fiziki baxımdan güclü, davamlı olsalar da, insanlarla müqayisədə çox aciz görsənirlər. Böyük Yaradan yaratdıqları içərisində ən böyük dəyər verdiyi insana həm də ən böyük seçim imkanı vermişdir. Bu mənada insanın fiziki və mənəvi durumu tam olmasa da, müəyyən mənada onun özündən asılıdır. Həkim olduğum üçün bu böyük mövzunun ancaq sağlamlıqla bağlı hissəsi haqqında fikrimi bölüşmək istədim.  Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata əsasən, cəmiyyətdə insanların sağlamlığında səhiyyənin rolu gözləndiyindən çox az, cəmi 10 % -ə bərabərdir. İnkişaf etmiş səhiyyə insanlara bundan artığını verə bilmir. İnsanlar isə onlara təklif olunan bu cüzi imkandan belə tam istifadə etmirlər. Xəstələrin həkimlərə vaxtında deyil, xəstəlik ağırlaşdıqdan sonra müraciət etmələri və bu zaman da xəstəliyin çətin müalicəyə tabe olduğu hamıya məlumdur. Dahi Nizami Gəncəvi hələ 850 il bundan qabaq yazırdı:    


Ardı →